Boksçularımız Çində beynəlxalq təlim məşq toplanışına qatılacaqlar
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın boks üzrə böyüklərdən və gənclərdən (U-19) ibarət milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Sentyabrın 15-də start götürəcək hazırlıqda 26 ölkənin yığması iştirak edəcək.
Toplanışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanov U-19-dan Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Bağışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədovla (90 kq) Səftər Məmmədzadəni (+90 kq), böyüklərdən Nicat Hüseynov, Zəlimxan Süleymanov, Tural Sarıyev (hər üçü 55 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Rasim Çobanlı (80 kq) və Səbuhi Əlizadəni (+90 kq) yoxlayacaqlar.
Boksçularımız Çində sentyabrın 24-də yekunlaşacaq hazırlığın ertəsi günü "Kəmər və Yol" beynəlxalq turnirində güclərini sınayacaqlar. Yarış sentyabrın 29-da başa çatacaq.
Turnirdə Azərbaycanı hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 14 Sentyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















