Boksçularımız Drakula Open də mübarizə aparacaq
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
İdman.biz xəbər verir ki, komandamız Breila şəhərində təşkil olunacaq "Drakula Open"ə 14 idmançı ilə qatılacaq.
Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.
Turnirdə Rövşən Qədirovla Qalib Əbiyev isə ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, fevralın 16-da başlayacaq "Drakula Open"də final döyüşləri ayın 23-də olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 Fevral 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















