Boksçularımız U 17 Avropa çempionatında iştirak edəcəklər
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan boksçuları oktyabrın 3-də Monteneqronun Budva şəhərində start götürəcək U-17 Avropa çempionatında iştirak edəcəklər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, doqquz gün davam edəcək yarışda yığma 21 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq), Xumar Cəfərli (+80 kq), Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) güvənəcək.
Avropa çempionatında Anar Nağdıyev və Qalib Əbiyev isə Azərbaycanı hakim kimi təmsil edəcəklər.
Qeyd edək ki, yarışda 40 ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir. Budvaya oktyabrın 1-də yollanacaq boksçularımız ayın 12-də Bakıya qayıdacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















