Icma.az
close
up
RU
Ukrayna maliyyə problemləri ilə üzləşib

Ukrayna maliyyə problemləri ilə üzləşib

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Avropa İttifaqı Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivləri əsasında “Təzmint krediti” üzərində işləyir.

"Cebheinfo.az" xəbər verir ki, İspaniyanın “El Pais” qəzetinin Aİ mənbələrinə istinadən verdiyi xəbərə görə, Ukraynanın büdcəsini ayaqda saxlamaq üçün kifayət edəcək maliyyə vəsaiti yalnız 2026-cı ilin mart ayının sonuna qədər yetəcək.

Qəzet Kiyev rəhbərliyinin ciddi maliyyə problemləri ilə üzləşdiyini vurğulayıb.Bu maliyyə çatışmazlığını aradan qaldırmaq üçün Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən əldə ediləcək vəsaitlə Ukraynaya 140 milyard avroluq “təzmint krediti” verməyi planlaşdırdığı bildirilir.

Təklif çərçivəsində kupon ödənişi olmayan (sıfır kuponlu) istiqrazların buraxılması gündəmdədir.

“Politico” jurnalının yazdığına görə, Aİ krediti olmadan Ukrayna qarşıdakı iki il ərzində 60 milyard dollarlıq büdcə kəsiri ilə üzləşəcək.Ukraynanın Baş naziri Denis Şmıhal münaqişə davam edərsə, 2026-cı ildə yalnız hərbi xərclər üçün 120 milyard dollar lazım olacağını açıqlamışdı.

Ukraynalı rəsmilərdən Danylo Getmantsev isə 2026-cı il üçün Qərb yardımlarında 10 milyard dollarlıq boşluq olduğunu bildirib.
Digər tərəfdən, Aİ-nin bu planının qarşısında bəzi maneələr var: 

Dondurulmuş aktivlərin böyük hissəsini (təxminən 170 milyard avro) saxlayan Belçikada yerləşən "Euroclear" mərkəzi, mümkün hüquqi nəticələrdən narahat olduğu üçün bu aktivlərin istifadəsinə müsbət yanaşmır.

Moskva isə dondurulmuş aktivlərin istənilən formada istifadəsini qanunsuz hesab edir. Kreml beynəlxalq qaydaların pozulması və “başqalarının puluna əl qoyulmasının” ciddi nəticələr doğuracağını, bu halda beynəlxalq məhkəmələrə müraciət edilə biləcəyini xəbərdar edib.

“Bloomberg”in xəbərinə görə, Aİ-nin “təzmint krediti” ilə bağlı yekun qərarı 23 oktyabrda keçiriləcək liderlər zirvəsində veriləcək.

Bu qərar Ukraynanın ortamüddətli maliyyə sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri