Icma.az
close
up
RU
Bölgə klubunda özbaşınalıq: Milli üzvü şikayət etdiyi üçün təhdid olunur

Bölgə klubunda özbaşınalıq: Milli üzvü şikayət etdiyi üçün təhdid olunur

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin həndbolçusu Cavid İsmayılov "Kür" klubundan narazıdır. Bu barədə Sport24.az-a idmançının özü məlumat verib.
O, bəzi məsələlərə görə bölgə təmsilçisindən narazı olduğunu bildirib:
"Hansısa zədə alanda bizi özəl xəstəxanaya göndərirlər. Öz tibbi sığortamızın hesabına gedirik. Həm də xidməti müqavilə ilə çalışırıq. Nazirlər Kabinetinə bununla bağlı məktub yazmışam. VÖEN-ə bağlı bank hesabı açdırıblar, bunu məcburi ediblər. Bank hesabı açmayanda işə götürmürdülər. Nazirlik Kapinetindən bildirdilər ki, hazırda araşdırma gedir. Dünən məni Mingəçevir şəhərində İcra Hakimiyyətinə çağırmışdılar. Hətta Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aran bölgəsi üzrə filialına da dəvət etdilər. Orda da görüşümüz oldu".
Həndbolçu oyunçularla əmək müqaviləsinin bağlanmalı olduğunu diqqətə çatdırıb: "Klubda böyük yanlışlıqlar var. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirdilər ki, 192,1-ci maddə ilə iş açılacaq. Həmin iş də Bakıya göndərilir. Klubda direktor tamam başqa insandır, sənətdə isə başqasının adı gedir. İcazə alanda həmin adamın adı yazılır. Nazirlikdə şəxsi tanışlıqlarına görə başqa adamı qoyublar".
"Əgər bu işdə qalib gəlsək, qarşı tərəf 20-25 min manat məbləğində məsuliyyətə cəlb olunacaq. Mən geridönüş etməyəcəyəm. Sonadək mübarizə aparacağam. Ailə problemlərimiz də olur, bəzən maaşlar üç ay gecikib. Bir dəfəlik maddi yardım istəmişəm, verməyiblər. Rəsmi olaraq nazirə də məktub yazmağa qoymurlar. Deyirlər ki, mətbuata məlumat versəniz, maaşınızdan 20-50 faiz kəsiləcək. Nazirə də müraciət etmək istəyəndə adamın "ağzından vururlar". Məktub yazıb qəbula yazılsanız, cərimələnəcəksiniz, klubdan qovulacaqsınız. Biz bəzi vaxtlar 2-3 ay maaşsız qalmışıq, gözləmişik. Amma avans istəyəndə geri çevirirlər. Hətta bu ayın əvvəlindəki iclasda da dedilər ki, maaşlar yeni mövsümdə də gecikə bilər".
Həndbolçunun sözlərinə görə, əmək müqaviləsinə yalnız öz yaxınıarını əlavə ediblər: "Direktor Fuad Yanqildin, masajçı və fotoqraf. Çox qəribə hadisələr baş verir, vəziyyəti tuta bilmirik. Klubda iki direktor var. Öz ailə vəziyyətimlə bağlı müraciət etdim. Problemlərimin olduğunu və əlavə vəsaitin lazım olduğunu dilə gətirdim. Maaşı istədim. Vermədilər. Mən də geri çəkilməyəcəyəm. Haqqımızı tələb edirəm. Şikayətimiz qeydə də alınıb. İş icraata başlayacaq".
Qeyd edək ki, "Kür" həndbol klubu Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri