Diqqətdən kənarda qalan küçədə sürücülər özbaşınalıq edirlər ŞİKAYƏT FOTO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə və Təbriz küçələrinin kəsişməsində dayanma-durma qaydalarını kütləvi şəkildə pozan sürücülər görüntülənib.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın rəsmi “İnstagram” səhifəsinə fotoşəkillər göndərib. Belə ki, 77-BN-478 dövlət nömrə nişanlı “Chevrolet Cruze” və “Toyota Prius” markalı avtomobillər dayanma və durmanı qadağan edən nişanının olduğu yerdə park edilib. Hətta “Chevrolet”in sürücüsü maşını bucaq altında saxlayaraq yolun hərəkət hissəsini məhdudlaşdırıb. Nəticədə ərazidən keçən sürücülər çətinlik çəkiblər.
Şikayətçinin sözlərinə görə, sözügedən ərazi sürücülərin parkinq zonasına çevrilib: “Xüsusilə günün pik saatlarında küçə boyu hərəkət etmək mümkünsüz hala gəlir. Nəticədə dəqiqələrlə tıxacda gözləməli oluruq. Qayda pozan sürücülərin cərimələnməməsi isə xoşagəlməz mənzərənin hər gün təkrarlanmasına səbəb olur”.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















