Icma.az
close
up
RU
Vətəndaşlardan şikayət: 508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər

Vətəndaşlardan şikayət: 508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Saray qəsəbəsini Sumqayıtla birləşdirən körpü təmirə bağlanandan sonra nəqliyyatın hərəkəti çətinləşib. Redaksiyamıza müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə yeganə ictimai nəqliyyat olan 508 nömrəli marşrut avtobusları ləng işləyir.

Oxu.Az-a danışan sakinlər qeyd edirlər ki, 508 nömrəli marşrut avtobusları 10-15 dəqiqə intervalla hərəkət etməlidir, lakin sürücülər qəsdən vaxtı gecikdirirlər:

"Soruşanda deyirlər ki, bizə monitorda bildiriş gəlir, sonra hərəkət edirik. Sürücülər özbaşınalıq edirlər. Mənzil başına isə çox gec çatırlar. "20 Yanvar"dan qayıdanda da gec hərəkət edirlər. Hətta orada dayanan taksilərin konduktorları ilə əlbir olurlar. İntervalı qəsdən gecikdirirlər ki, "manatlıq"lar adam yığa bilsin. Sözügedən taksilər yolun ortasında dayanırlar, hərəkəti tamam məhdudlaşdırırlar".

Məsələ ilə bağlı məlumat almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə sorğu ünvanladıq:

Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirən körpünün söküntüsü və təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 16/19, 17, 18, 27, 503, 521, 522 və 523 nömrəli - ümumilikdə 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib:

"Ötən il dekabrın 18-də ictimaiyyətə dəyişikliklərlə bağlı məlumat verilib. Vətəndaşların həm Sumqayıtdan, həm paytaxt Bakıdan, həm də ətraf ərazilərdən Saray qəsəbəsinə gəlişi təmin edilib.

Dekabrın 29-dan isə vətəndaşların müraciəti və istəyi nəzərə alınaraq paytaxtın "20 Yanvar" metro stansiyasından Saray qəsəbəsinə 508 nömrəli yeni marşrut istifadəyə verilib. Marşrut xətt üzrə gündəlik 15 avtobus 10 dəqiqə, günün səhər və axşam pik saatlarında isə 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Avtobuslar təyin olunmuş qrafik üzrə hərəkət edir. Nəqliyyat vasitələrinin başlanğıc və son dayanacaq məntəqələrindən çıxışında hər hansı bir yubanma qeydə alınmayıb. Qeyd edək ki, paytaxtın çıxışında müşahidə edilən nəqliyyat sıxlığı avtobusların hərəkət intervalının artması ilə nəticələnə bilir.

Qaldırılan iddialarla bağlı isə araşdırma aparılıb. Qeyd olunan hal təsdiqini tapmayıb".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Fevral 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri