Icma.az
close
up
RU
Bölgədə atəşkəs ümidi iflasa uğrayıb: HƏMAS üçün girovlar bir növ geosiyasi kart dır

Bölgədə atəşkəs ümidi iflasa uğrayıb: HƏMAS üçün girovlar bir növ geosiyasi kart dır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

HƏMAS İsraillə barışıq və həbsxanada məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzzada saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib. Bu barədə HƏMAS nümayəndəsi Sami Əbu Zuhri deyib. O bildirib, hərəkatın iki aylıq atəşkəs müqabilində bir neçə girovu azad etməyə razılaşdığı barədə xəbərlər həqiqətə uyğun deyil. İsrail hakimiyyəti bu cür yalan məlumatlar yaymaqla insanları çaşdırmağa çalışır. 

Qeyd edək ki, HƏMAS-ın anklavda iki aylıq atəşkəs və İsrailin həbsdə olan 300 fələstinlini azad etməsi müqabilində Qəzzada saxlanılan 9 girovu azad edəcəyi barədə məlumat yayılmışdı.

Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, bu açıqlama təkcə informasiyanın təkzibi deyil, həm də ciddi bir siyasi mesajdır:


“HƏMAS bu bəyanatı ilə bir daha göstərdi ki, İsrailin birtərəfli şərtləri ilə heç bir razılaşma masasına oturmaq niyyətində deyil və vəziyyətin davam etməsi həm regional, həm də beynəlxalq miqyasda yeni risklərin formalaşmasına səbəb ola bilər. Ümumiyyətlə prosesin qarşısını alan əsas amillərdən biri etimadsızlıq mühitidir. HƏMAS və İsrail arasında bu günə qədər aparılan danışıqlarda nəticə əldə olunmamasının səbəbi qarşılıqlı güvənin tamamilə itmiş olmasıdır. Xüsusilə son toquşmalar zamanı İsrailin Qəzzaya qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar, o cümlədən mülki obyektlərin və infrastrukturun məhv edilməsi HƏMAS-ın mövqeyini daha da sərtləşdirib. Digər tərəfdən, İsrail tərəfi də HƏMAS-ın silahlı və siyasi strukturlarını tamamilə sıradan çıxarmaq hədəfini dəyişməyib.

Qəzzada saxlanılan israilli girovlar HƏMAS üçün siyasi və strateji baxımdan əhəmiyyətli bir alətə çevrilib. Bu əsirlər yalnız İsraillə müzakirə mövzusu deyil, həm də regionda HƏMAS-ın “dövlət içində dövlət” kimi davranmaq cəhdinin əsas sübutlarından biridir”. 


Analitik qeyd edib ki, HƏMAS bu girovları sadəcə insanlıq məsələsi deyil, siyasi kapital kimi görür:

“Məhz bu səbəbdən hər hansı güzəşt yalnız real, qarşılıqlı və HƏMAS üçün konkret dividendlərlə müşayiət olunarsa mümkündür. HƏMAS-ın bu xəbəri təkzib etməsi bölgədə qısa müddətdə atəşkəs ümidi olan hər hansı mexanizmin iflasa uğradığını göstərir. Beynəlxalq vasitəçilər xüsusilə Misir, Qətər və ABŞ – son günlər danışıqları intensivləşdirməyə çalışsa da, belə bəyanatlar bu səyləri zəiflədir. Bu isə bölgədə müharibənin yenidən daha sərt fazaya keçə biləcəyi ehtimalını artırır. Digər tərəfdən, İsrail hökuməti də daxildə ciddi təzyiqlə üz-üzədir. Xüsusilə girov ailələrinin etiraz aksiyaları, ictimai narazılığın artması, Netanyahu hökumətini daha sərt və populist addımlar atmağa vadar edir. Belə bir fonda, razılaşmanın mümkün olduğu yönündə yayılan məlumatlar, əslində Tel-Əvivin daxili auditoriyasına hesablanmış taktik gediş ola bilərdi. HƏMAS isə bu oyuna daxil olmayaraq növbəti dəfə siyasi iddiasını ortaya qoymuş oldu. İsrailin yaydığı, lakin HƏMAS tərəfindən təkzib edilən məlumatların Qərb ölkələrində də fərqli reaksiyalar doğurduğunu müşahidə edilir. ABŞ və Avropa ölkələri bir tərəfdən İsrailə dəstək verməyə davam edir, digər tərəfdən isə münaqişənin humanitar nəticələrindən narahatlıqlarını bildirirlər. Bu səbəbdən də, atəşkəs və girov azadlığı məsələsi hazırda həm regional, həm də beynəlxalq diplomatiyanın diqqət mərkəzindədir. Hazırkı vəziyyətdə HƏMAS-ın sərt mövqeyi və İsrailin güzəştə yanaşmayan siyasəti, bölgədə yeni bir qarşıdurma dalğasının baş qaldıracağı ehtimalını artırır. Girovların azad olunmaması təkcə humanitar problem deyil, eyni zamanda siyasi və diplomatik böhranın qığılcımıdır. HƏMAS üçün girovlar bir növ geosiyasi "kart"dır və bu kartı yalnız maksimum nəticə əldə edəcəyi halda masaya qoymaq niyyətindədir. Buna görə də, bölgədəki siyasi gərginliyin yaxın zamanda azalma ehtimalı çox zəifdir. HƏMAS-ın bu açıqlaması həm İsrailin siyasi təbliğatını neytrallaşdırmaq məqsədi daşıyır, həm də tərəflərin mövqelərinin nə qədər uzaq olduğunu bir daha ortaya qoyur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri