Icma.az
close
up
RU
Sərhəd dirəkləri bölgədə yeni geosiyasi reallıq yaratdı

Sərhəd dirəkləri bölgədə yeni geosiyasi reallıq yaratdı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan prezidenti: “Delimitasiyadan sonra vəziyyət bizim üçün təhlükəsiz oldu”

Ermənistan uzun illər işğal etdiyi Qarabağ və ətraf rayonlarda mövcud təmas xəttini de-fakto sərhəd kimi təqdim etməyə və bu status-kvonu qorumağa cəhd göstərdi. Nəticədə regionda 30 ilə yaxın davam edən qeyri-müəyyənlik, münaqişə və sabitlik boşluğu yarandı.

Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və Ermənistanın işğal siyasətinə son qoyuldu. Bu, regionda tamamilə yeni bir geosiyasi reallıq yaratdı. Yeni mərhələdə Azərbaycan yalnız hərbi uğurla kifayətlənmədi, eyni zamanda, regional sabitliyin və sülhün təmin olunmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirdi. Bunun üçün beynəlxalq hüquq prinsiplərinə əsaslanan sərhəd müəyyənləşdirmə prosesinə start verildi. Delimitasiya prosesi ilkin olaraq Ermənistanın Tavuş vilayətində başladı. Bağanis–Voskepar istiqamətində aparılan işlər nəticəsində sərhəd koordinatları dəqiqləşdirildi və bölgədə təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

Bu proses Ermənistan daxilində, xüsusən də radikal müxalifət, dini institutlar və revanşist qruplar tərəfindən ciddi müqavimətlə qarşılandı. Sərhədlərin dəqiqləşdirilməsi bir çox hallarda Ermənistan cəmiyyətində yanlış formada təqdim edildi. Müəyyən qruplar bu prosesi “ərazi itkisi”, “təhvil” və ya “kapitulyasiya” kimi şərh edərək cəmiyyətdə süni narahatlıq yaratmağa çalışdılar. Bu təbliğatın kulminasiyası Tavuş vilayətində keçirilən etiraz aksiyalarında, müxalifət partiyalarının sərt ritorikasında və bəzi dini liderlərin populist bəyanatlarında öz əksini tapdı. Nəticədə daxildə siyasi parçalanma daha da dərinləşdi, dövlətə olan inam azaldı və ölkənin regional əməkdaşlıq imkanları zəifləməyə başladı.

Erməni müxalifətinin “dörd kəndin Azərbaycana verilməsi” kimi təqdim etdiyi məsələ isə tarixi və hüquqi baxımdan tamamilə yanlışdır. Söhbət Yuxarı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndlərindən gedir. Bu kəndlər SSRİ dövründə tərtib edilmiş rəsmi topoqrafik xəritələrdə də Azərbaycan ərazisi kimi qeyd olunub. Məsələ hüquqi sənədlərlə, arxiv materialları və beynəlxalq praktika ilə təsdiqlənib. Bu səbəbdən delimitasiya prosesi heç bir şəkildə yeni ərazi mübadiləsi deyil, sadəcə, mövcud reallığın rəsmi və hüquqi təsdiqi hesab olunur.

Bütün daxili təzyiqlərə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan bu prosesin Ermənistanın milli maraqlarına uyğun olduğunu bəyan etdi. O, dəfələrlə bildirdi ki, sərhədlərin hüquqi baxımdan tanınması Ermənistanın təhlükəsizliyi və beynəlxalq legitimliyi baxımından həyati əhəmiyyət daşıyır. Paşinyanın 2024-cü ilin aprel ayında verdiyi “Sərhədlər hüquqi baxımdan tanınmasa, sülh mümkün deyil” bəyanatı onun məsələyə rasional və strateji yanaşdığını göstərdi.

Delimitasiya prosesinin ilkin müsbət nəticələri artıq özünü göstərməyə başlayıb. Ermənistanın Noyemberyan icmasının rəhbəri Arsen Ağababyanın qeyd etdiyi kimi, əvvəllər bu ərazilərdə hərbi qüvvələrin mövcudluğu və atəşkəs pozuntuları kənd sakinlərinin gündəlik həyatına ciddi şəkildə mənfi təsir göstərirdi. Hazırda burada sərhədçilərin yerləşdirilməsi insident riskini minimuma endirib və əhalidə təhlükəsizlik hissini artırıb. Ağababyan bildirib ki, yaranmış sabitlik bölgədə ictimai və mədəni həyatı canlandırıb. Məsələn, Koğb kəndində təşkil edilən ənənəvi Vardavar bayramı bu il daha təntənəli və izdihamlı şəkildə keçirilib. Bayramda yerli əhali ilə yanaşı, qonşu kəndlərdən gələn qonaqlar da fəal iştirak ediblər ki, bu da regionda ictimai münasibətlərin dirçəlməsinə və mədəni ənənələrin yaşadılmasına töhfə verir.

Eyni zamanda sosial-iqtisadi sahədə də yeni təşəbbüslər irəli sürülüb. Noyemberyanda qalereyanın açılması, yerli və xarici rəssamların iştirakı ilə təşkil olunan plenerlər və yaradıcı görüşlər bölgənin mədəni həyatını canlandırır. Ağababyan bildirir ki, bu layihələr, xüsusilə gənclər üçün yeni imkanlar yaradır, onların yaradıcılıq potensialını inkişaf etdirir və yerli istedadların üzə çıxmasına şərait yaradır. Bütün bu fəaliyyətlər, eyni zamanda, turizmə və iqtisadi inkişafa da müsbət təsir göstərir.

O bildirir ki, əvvəllər bu ərazilərdə tez-tez atəş səsləri eşidilir, insanlar qorxu və təlaş içində yaşayır, gələcəyə ümidsiz baxırdılar: “Kəndlər tərk edilir, həyat sönür, ailələr daha təhlükəsiz yerlərə köçməyə məcbur olurdu. Lakin bu gün bölgədə sabitlik və təhlükəsizlik bərpa olunmaqdadır. Artıq atəş səsləri eşidilmir, insanlar kəndə qayıdır, evlərini bərpa edir, uşaqlar yenidən məktəb yolunu tutur, həyat canlanır. Bu reallıq bir zamanlar mümkünsüz görünürdü. İndi isə sabitlik, normal həyat, inam və gələcək perspektivlər gündəlik reallığa çevrilib”.

Bu tendensiya erməni mediasında da öz əksini tapır. Cəmiyyətdə sərhədlərin dəqiqləşdirilməsinin və sülh sazişinin imzalanmasının regiona sabitlik gətirəcəyinə inam artır. İnsanlar anlayır ki, sabitlik və qarşılıqlı tanınma olmadan davamlı inkişaf mümkün deyil. Bu isə iki dövlət arasında sərhədlərin müəyyənləşməsindən keçir.

Bütün bunlar onu göstərir ki, sərhədlərin hüquqi əsaslarla müəyyən olunması təkcə Azərbaycanla Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu proses yalnız gərginlik və münaqişələrin qarşısını almağa deyil, eyni zamanda regionun geoiqtisadi gələcəyinin formalaşmasına, tranzit yolların təhlükəsizliyinin təmin olunmasına, sərmayələrin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz, onun bir qolu olan Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi məhz bu sabitliyin üzərində inkişaf edə bilər. Hadisələrin bu fonunda Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Sünik bölgəsində keçirilən müşavirə zamanı verdiyi açıqlama maraq doğurur: “Sünikin və həmin 43 kilometrlik hissənin nə qədər önəmli olduğunu anlayırıq. Əsas məqsədimiz isə yaxın zamanda sülh sazişi imzalamaqdır”.

Delimitasiya və demarkasiya prosesi, həmçinin regionda sosial sabitliyin bərpasına, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına, sərhədyanı kəndlərdə sosial infrastrukturun qurulmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və mədəni əlaqələrin bərpasına şərait yaradır.

Ən başlıcası isə bu proses uzun illər pozulmuş beynəlxalq hüququn və tarixi ədalətin bərpasına xidmət edir. Cənubi Qafqazın gələcəyi üçün əsaslı və davamlı sülh məhz bu prinsiplər üzərində qurulmalıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri