Bölgələrdə yeni tibb kollecləri AÇILACAQ
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın vaxtlarda digər bölgələrdə tibb sahəsi üzrə kolleclərin açılması üçün təhlillər aparılacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib. T.Əhmədova qeyd edib ki, nazirin tapşırığı ilə bu yaxınlarda tibb kolleclərin digər bölgələrdə açılması üçün təhlil və monitorinqlər aparılacaq, bundan sonra harada ehtiyac varsa, mümkün olsa kolleclər açıla bilər.
O eyni zamanda xatırladıb ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində 10 tibb kolleci var: “Onlardan ikisi Bakıdadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















