Icma.az
close
up
RU
Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir

Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

2025-ci il 12 noyabr tarixində Prezident İlham Əliyev yeni səlahiyyətli nümayəndə və bir sıra rayon icra hakimiyyətlərinin başçılarını qəbul edib. Bu görüş dövlət siyasətinin regional inkişaf baxımından yeni mərhələsinin təzahürü olmaqla yanaşı, eyni zamanda ekoloji məsuliyyətin də idarəetmədə prioritet halına gəlməsinin siqnalını verib. Prezident çıxışında qeyd edib ki, təyinatlar böyük etimaddır və bu etimadı yalnız əməli fəaliyyət, şəffaf və vicdanlı idarəetmə yolu ilə doğrulamaq mümkündür. O, yeni icra başçılarına xalqa xidmət etmək, vətəndaşlarla sıx təmasda olmaq və aşağıdan yuxarıya doğru məsuliyyət prinsipinə əsaslanan idarəçilik modelini formalaşdırmaq vəzifəsini qoyub. İlham Əliyev vurğulayıb ki, bölgələrdə infra­struktur layihələrinin icrası yol, içməli su, enerji, kənd təsərrüfatı sahəsindəki investisiyalar Azərbaycanın ümumi iqtisadi dayanıqlığını artırır. Lakin o, iqtisadi inkişafa paralel olaraq ekoloji tarazlığa xüsusi diqqət göstərilməsinin vacibliyini də dilə gətirib. Yeni təyinatlı rəhbərlərdən yalnız insan rifahına deyil, təbii resursların qorunmasına da məsuliyyətli yanaşma tələb olunub. Prezident, xüsusilə, korrupsiya və qanunsuzluluğa qarşı mübarizəyə çağırış edib. O bildirib ki, bəzi regionlarda qeyri-qanuni inşaat materiallarının hasilatı, çayların axın istiqamətlərinin dəyişdirilməsi kimi fəaliyyətlər müşahidə oluna bilər və bu cür hallar ciddi nəzarət altında olmalıdır. O, ekoloji anarxiyanın qarşısını almaq üçün Prezident Administrasiyası, Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığını gücləndirməyi tövsiyə edib. Dövlət başçısı həmçinin insanlara “yaşayış mühitinin” keyfiyyətini yüksəltmək üçün yerli rəhbərlərin məsuliyyət daşımasını bildirib. Onun fikrincə, bütün bölgələrdə vətəndaşlar görməlidir ki, dövlətin proqramları onların gündəlik həyatına real müsbət təsir göstərir -təmiz su, sanitar infrastrukturu, sosial xidmətlər və ekoloji balans bunlardan biridir. Bu nöqteyi-nəzərdən, 12 noyabr qəbulunun mesajı aydındır: regionların inkişafı yalnız iqtisadi investisiyalardan və inzibati təyinatlardan ibarət deyil eyni zamanda yaşıl inkişaf, dayanıqlı resurs istifadəsi və təbiətin qorunması prinsipinə əsaslanan bir idarəetmə modeli təşviq olunur. Prezidentin çıxışı bölgələrdəki yeni rəhbərlər üçün sadəcə sosial və inzibati tapşırıqların deyil, həm də ekoloji məsuliyyətin önəmli bir tərkib hissəsi olduğunu təsdiq edir. Liderlərdən tələb olunur ki, həm insan rifahını, həm iqtisadi inkişafi, həm də ekoloji sabitliyi birgə inkişaf etdirən siyasət yürüdərək, bölgələrdə dayanıqlı gələcək inşa etsinlər.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri