Icma.az
close
up
RU
Bölgələrdən paytaxta axışanlar... Tıxac probleminə fərqli baxış

Bölgələrdən paytaxta axışanlar... Tıxac probleminə fərqli baxış

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakının yollarında, hətta Abşeronun kənd və qəsəbələrinə gedən yollarda yaranan tıxac sakinlər üçün ciddi problemə çevrilib. Ən əsası isə bu problem gün keçdikcə, azalmır, əksinə artır. Rəsmi qurumlar bildirir ki, Bakıda tıxacı yaradan səbəb avtomobilərin sayının çox olmasıdır. Məlumatlar isə bunun əksini deyir.

2024-cü ilə olan məlumata görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır. Ümumiyyətlə, avtomobillərin sayı isə iki milyona doğru gedir.

İqtisadçı Natiq Cəfərlinin açıqlamasına görə, Azərbaycanda Gürcüstana nisbətən hər 1000 nəfərə 2 dəfə daha az maşın düşür. Onun fikrincə, tıxaclar yol infrastrukturunun çatışmazlığı, doğru idarəetmənin olmaması və ictimai nəqliyyatın bərbad vəziyyətindən qaynaqlanır. Tıxacların başqa problemlərdən qaynaqlandığını düşünənlər də var.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Gürcüstanda avtomobil sayının çox olması təbiidir:“Gürcüstanın Avropa ilə münasibətləri fərqlidir. Onlarda avtomobillərin daha ucuz qiymətə alqı-satqı prosesi gedir. Azərbaycana gətirilən istənilən avtomobil modelinin qiyməti ilə Gürcüstanda satılanın qiyməti arasında 5-10 min manatlıq fərq yaranır. Onlarda qiymət daha ucuz olduğu üçün hamı özünə maşın alır”.

Tıxacların idarə olunmasına gəlincə isə ekspertin sözlərinə görə, Gürcüstanda mikromobillik elementləri daha güclüdür: “Onlarda avtobus zolaqları bizdən daha əvvəl çəkilib. Yeni sistem qurulub. Yeni yollar çəkilir, geniş imkanlar yaradılır. Hər il Gürcüstanda ən azı iki dəfə olan bir insan kimi müşahidə aparıram və orada məsələyə yanaşmanın fərqli olduğunu görürəm. Gürcüstanın bölgələrindən Tiflisə axın yoxdur. İnsanlar kütləvi şəkildə Tiflisdə yaşamır. Azərbaycanda vəziyyət fərqlidir. Bölgələrdə iş tapa bilməyən hər kəs Bakıya üz tutur. Ötən ay olan 12 günlük tətildə bir daha şahidi olduq ki, bölgələrdən olan insanlar evlərinə döndüyü zaman Bakı necə boşalır. O zaman ilk növbədə bu problemi həll etməliyik. Çünki, nə qədər çox yeni yollar tikilsə, yeni tunellər salınsa da, bölgələrdən axın dayanmadıqca, vəziyyət dəyişməyəcək. Bölgələrin inkişafına diqqət ayırmaq lazımdır ki, əhali iş tapsın, həyat şəraiti yaxşılaşsın. Gürcüstanın ən ucqar kəndində də insanlar üçün yaxşı şərait yaradılıb. Onlar da kənddə maraqlı bir iş yaradıb və onunla məşğul olur. Elə bu səbəblərə görə Gürcüstanda avtomobil sayı nə qədər çox olsa da, bu cür tıxac problemləri yaşanmır. Yəni, problemin kökünü avtomobillərin sayında yox, bölgələrin boşalmasında axtarmalıyıq. Bu məsələ sosial bir problem kimi ortaya qoyulmalı və həll ounmalıdır. Bəzən deyirlər ki, nə üçün Gürcüstanla müqayisə edirsən? Gürcüstanla ölkəmizi yaxşı mənada müqayisə edirəm. Neçə ildir Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqamları icra olunub, amma problemlər qalmaqdadır. Qısası, Bakının tıxac problemi məhz bölgələrdən əhalinin paytaxta kütləvi axını ilə bağlıdır”.

Ekspert onu da vurğulayıb ki,  Azərbaycanda hazırda 1 milyon 800 mindən çox avtomobil var ki, bu da son 10 ilə baxanda fantastik göstəricidir.

Onun fikrincə, avtomobil sayı indiki sürətlə artarsa və paralel olaraq, bölgələrin boşalması davam edərsə, bu sahədə daha ciddi problemlərlə üz-üzə qala bilərik.(TNS)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri