Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Bölgənin sülh gündəliyini Azərbaycan yazır TƏHLİL

Bölgənin sülh gündəliyini Azərbaycan yazır TƏHLİL

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan müasir dövrün tələbinə uyğun olaraq mütərəqqi addımlar atır, islahatlar həyata keçirir. Məhz bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında ən dinamik inkişaf edən islahatçı dövlətlər siyahısında yer tutur. Ümumiyyətlə, hər dövrün tələblərinə uyğun olaraq fəaliyyət yolu tutmaq, islahatlar aparmaq Azərbaycanın dövlətinin qurucusu Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin təməl prinsiplərini təşkil edir. Dahi Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələrdə genişmiqyaslı uğurlara imza atıldı. İnsan hüquq və azadlıqlarının təmin olunması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrdən olmuşdur. Bu baxımdan hər il təsdiq olunan dövlət büdcəsində sosial sahələrə ödənişlərin həcmi büdcənin əsas hissəsini təşkil edir. Bu tendensiya hər il artırılmaqla davam etdirilir. Ona görə də, ölkəmizdə qəbul edilən dövlət büdcələri əsasən sosial büdcələr hesab olunur. Hələ 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə Azərbaycanda ölüm hökmü ləğv edilmişdir. Dahi Öndərimiz Heydər Əliyev dəfələrlə çıxışlarında bildirmişdir ki, ölüm cəzasının mövcud olması və tətbiqi insan ləyaqətinə zidd hesab edilir: “İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir”.

Beləliklə, məhz Dahi Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1998 - ci il fevralın 10 - da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi barədə qanun qəbul etmişdir. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir. Bununla bağlı Ulu Öndərimiz Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci ildə imzaladığı Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.

Azərbaycan azad, demokratik dünyanın bir hissəsinə çevrildi

Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

Davam etdirilən siyasətin ana xəttini əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ölkənin hərbi qüdrətinin artırılması, dünya birliyində mövqelərini daha da möhkəmləndirməkdir. Tam qətiyyətlə demək olar ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara, nailiyyətlərə imza atılır. Bu isə onu təsdiq edir ki, Ulu Öndərimizin siyasi xəttinin dönməzliyi və davamlılığı ən yüksək səviyyədə təmin olunur. 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalında olan torpaqlarımızın azad edilməsi bunu əyani sübutu sayılar. 2023-cü il sentyabrın 19 - da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatçıların təmizlənməsi, terrorçuların tam şəkildə tərksilah edilməsi və bununla da ölkəmizin suverenliyinin təmin olunması Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davam etdirildiyini bir daha təsdiqlədi.

Bölgədə sülh və sabitlik təmin olunur

Artıq bölgəmizdə sülh bərqərar olmaqdadır. Yaxın vaxtlarda isə Naxçıvan Muxtar respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizi açılacaq. Bununla bağlı 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin iştirakı ilə sənəd imzalanıb, Birgə Bəyannamə qəbul edilib. Ümumilikdə qeyd etmək olar ki, Prezidentimiz İlham Əliyevin avqust ayında ABŞ-a səfəri yadda qalan və uzun illər mətbuatın diqqət mərkəzində qalacaq səfər oldu. Bununla bağlı BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub : ”Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Prezident İlham Əliyev BMT-nin toplantısında əhəmiyyətli məsələlərdən danışmaqla dünya liderlərinin və beynəlxalq medianın diqqətini özünə çəlb etdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu : « Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi».

Prezident İlham Əliyev BMT-nin toplantısında çox maraqlı və diqqətçəkən çıxışında BMT-nin müvafiq strukturları ilə Azərbaycan arasında səmərəli əməkdaşlığından, Azərbaycanın BMT-nin bir sıra mühüm tədbirlərinə ev sahibliyi etməsindən danışdı. Bildirdi ki, Azərbaycanda 2016-cı ildə Sivilizasiyalar Alyansı üzrə Qlobal Forum və 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 keçirilib. Azərbaycanın BMT-nin humanitar fəaliyyətinə verdiyi töhfələr - müxtəlif münaqişə zonalarına humanitar yardımlar, təbii fəlakətlərin aradan qaldırılmasına maliyyə vəsaitinin ayrılması - donor ölkə kimi Azərbaycan indiyədək 140-dan artıq xarici ölkəyə humanitar yardım göstərib. COVID-19 pandemiyası dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar dəstək verib.

Ümumilikdə fakt ondan ibarətdir ki, BMT-nin toplantısında Prezident İlham Əliyevlə görüşmək istəyən dövlət başçılarının, iri maliyyə korporasiyaların rəhbərlərinin sayı kifayət qədər çox idi. Bütün bunlar Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyini daha da gücləndirmiş Azərbaycana olan marağın göstəricisidir. Prezidentimiz İlham Əliyev vaxt məhdudiyyəti səbəbindən onunla görüşmək istəyənlərdən yalnız bir neçəsini qəbul edib, söhbətləşə bildi. Onların arasında Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, Avropa Şurasının baş katibi, ABŞ-nın böyük investisiya şirkətlərinin rəhbərləri və digələri var.

Bir sözlə, Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasını ölkəmizin daha qüdrətli, əhalinin firavan həyatının təmin olunması dayanır. Əminliklə demək olar ki, Azərbaycan qarşıya qoyulan yeni vəzifələrə Prezident İlham Əliyevin rəhbərliyi ilə tam şəkildə nail olunur.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri