Icma.az
close
up
RU
Bolnisidə yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Bolnisidə yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 20 may, AZƏRTAC

Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində yeni İcma Mərkəzi fəaliyyətə başayıb.

AZƏRTAC xəbər verir ki, mərkəz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Bolnisidə fəaliyyət göstərən Gənclər və Təhsil Mərkəzinin təşəbbüsü ilə yaradılıb.

Gənclər və Təhsil Mərkəzinin rəhbəri Rezo Həsənov yeni yaradılan icmanın fəaliyyəti və proqramları barədə ətraflı məlumat verib.

Azərbaycan dili müəllimi Fəridə Seyidova müdavimlərə uğurlar arzulayıb, ana dilimizin əhəmiyyəti, incəlikləri barədə geniş məlumat verib.

Daha sonra Arıxlı İctimai Məktəbinin tarıx müəllimi Fariz Bayramov, din xadimi Coşqun Tanrıverdiyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin hüquqşünası Əmrah İbrahimov, Kvemo Bolnisi İcma Mərkəzinin Azərbaycan dili müəllimi Çingiz Yaqubov və Savaneti İcma Mərkəzinin gürcü dili müəllimi Alidə Məmmədəlizadə çıxış edərək yeni mərkəzin kollektivinə uğurlar arzulayıblar. Bildirilib ki, Arıxlı İcma Mərkəzində Azərbaycan dili, gürcü dili, ingilis dili və universitetə hazırlıq kursları təşkil olunacaq. Yaxın zamanda hüquqi xidmətlərin də göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Arıxlı İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək sayca 4-cü mərkəzdir. Bundan əvvəl İmirhəsən (Savaneti), Aşağı Güləver(Qeta) və Kəpənəkçi (Kvemo Bolnisi) kəndlərində icma mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə Azərbaycan dili, gürcü dili, ingilis dili və məktəbəqədər hazırlıq kursları tədris olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri