Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən, ay ərzində 50-dək uşağa xidmət göstərəcək Mərkəz xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.
Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin digər həssas qruplara aid uşaqlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.
Mərkəzdə uşaqların həm fərdi, həm qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlbi nəzərdə tutulur.
Hazırda ölkə üzrə Sosial Xidmətlər Agentliyinin 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.
Bu mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib. Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















