Icma.az
close
up
RU
“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Quba, 14 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 14-də Bilim Quba mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəz “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Mərkəzin açılış mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır, azərbaycanlı və türkiyəli digər rəsmilər iştirak ediblər.

Məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır.

Regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaratmaq da əsas hədəflərdir. Burada “Təbiət elmləri laboratoriyası”, “Riyaziyyat laboratoriyası”, “Astronomiya, kosmos və aviasiya laboratoriyası”, “Dizayn laboratoriyası” olmaqla 4 laboratoriya fəaliyyət göstərir. Hər birində 20 nəfərə, ümumilikdə isə 80 şagirdə eyni vaxtda xidmət imkanı var.

Mərkəzdə, həmçinin gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap texnologiya proqramı” həyata keçirilir. 2025-ci ilin aprel ayında Quba şəhərində təşkil olunan seçim imtahanında iştirak edən 1000 şagird sırasından müəyyən edilmiş 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərdə iştirak edəcəklər.

Xatırladaq ki, “Bilim Azərbaycan” layihəsi 2021-ci il sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6–14 yaş arası uşaqlarda texnologiya, elm, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməkdir.

“Bilim Azərbaycan” modelinin ilk nümunəsi olan “Bilim Bakı” Mərkəzi 2022-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı, professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. Bu uğurlu modelin davamı olaraq artıq ikinci mərkəz kimi “Bilim Quba” bölgədə fəaliyyətə başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri