Bolqarıstan prezidenti istefa verdi: Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi...
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bolqarıstan Prezidenti Rumen Radev vəzifəsindən istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Radev bildirib ki, sabah ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edəcək: "Sabahdan Prezident səlahiyyətləri vitse-prezident İliana Yotovaya təhvil veriləcək"
O, xalqa müraciətində 9 illik fəaliyyət dövründən danışıb, bu müddətdə yeddi hökumətlə işlədiyini atırladıb: "Bu dövrdə Bolqarıstanın Avropa inteqrasiyasını, o cümlədən Şengen zonasına qoşulmaq və avronu qəbul etməyə nail oldum. Lakin təəssüf ki, bu iki nailiyyət ölkəyə sülh və sabitlik gətirmədi. Oliqarxiya son konstitusiya dəyişiklikləri ilə icra hakimiyyətlərinə nəzarəti ələ keçirdi. Payızda baş verən ictimai etirazlar hökuməti devirdi və mafiyaya qarşı konsensus yaratdı".
Radev vətəndaşları narazılığını da qəbul edib: "Bizə yeni sosial layihlər lazımdır. Payız etirazlarında küçələrə çıxan gənclərimiz artıq Bolqarıstanı tərk etmək istəməir. Onlara şərait yaradılmalıdır"
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















