Icma.az
close
up
RU
Bolqarıstan və Azərbaycan arasındakı münasibətlər möhkəm təmələ, dostluq və tərəfdaşlığa əsaslanır

Bolqarıstan və Azərbaycan arasındakı münasibətlər möhkəm təmələ, dostluq və tərəfdaşlığa əsaslanır

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qanunverici səviyyədə iqtisadi əməkdaşlığı gücləndirə bilər.

Bunu Trend-ə özəl müsahibəsində Bolqarıstan Respublikasının Milli Assambleyasının spikeri Natalya Kiselyova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyası çərçivəsində bildirib.

"Bolqarıstan və Azərbaycan arasındakı münasibətləri əla və sabit olaraq qiymətləndirirəm, bu münasibətlər möhkəm təmələ, uzunillik dostluq və tərəfdaşlığa əsaslanır. Münasibətlər yüksək səviyyəli etimad və açıq və ya mübahisəli siyasi məsələlərin olmaması ilə səciyyələnir. Bütün bunlar gələcəkdə məhsuldar və dinamik dialoq üçün əla zəmin yaradır və bu dialoq bütün səviyyələrdə, o cümlədən ən yüksək siyasi səviyyədə aparılır.

Son illər bu dialoq təkcə parlament səviyyəsində, iki ölkə parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri sayəsində deyil, həm də prezidentlər səviyyəsində fəallaşıb. Dövlət başçıları yalnız rəsmi və işgüzar səfərlər çərçivəsində deyil, həm də hər iki ölkənin iştirak etdiyi beynəlxalq forumlarda bir sıra görüşlər keçiriblər. Prezident İlham Əliyevin ölkəmizə göstərdiyi hörməti son dərəcə yüksək qiymətləndiririk. 2019 və 2022-ci illərdə ölkələrimizin baş nazirləri arasında keçirilmiş işgüzar görüşləri də unutmamalıyıq", - deyə o bildirib.

N. Kiselyova hesab edir ki, Azərbaycan və Bolqarıstan arasında mövcud olan əla ikitərəfli münasibətlər bir sıra prioritet sahələrdə yalnız energetika deyil, həm də iqtisadiyyat və ticarət, nəqliyyat və enerji bağlantısı, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımların atılmasına şərait yaradır.

"QDİƏT PA elə bir platformadır ki, burada biz iqtisadi əməkdaşlığı qanunvericilik səviyyəsində də möhkəmləndirə bilərik, ələlxüsus da beynəlxalq münasibətlər sisteminin hər gün dəyişdiyi hazırkı şəraitdə. Region ölkələri arasında əlaqəliliyin artırılması artıq özünü səyyarlığın və iqtisadi artımın stimullaşdırılması üçün effektiv alət kimi təsdiqləyib. Eyni zamanda, yalnız birgə səylərlə regionumuz qarşısında duran çağırışların öhdəsindən gələ bilərik, bu, sülh və təhlükəsizliyin təmin edilməsi, etimadın möhkəmləndirilməsi, səmərəli nəqliyyat sisteminin inkişafı, ətraf mühitin mühafizəsi, mədəni əlaqəlilik, eləcə də iqtisadi fəallığın stimullaşdırılmasıdır. Bolqarıstanın digər üzv dövlətlərlə birgə irəli aparmaq niyyətində olduğu prioritetlər yalnız bunlarla məhdudlaşmır", - deyə spiker vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın QDİƏT PA çərçivəsindəki rolu mübaliğəsiz olaraq həlledicidir.

"Azərbaycanın ardıcıl xarici siyasəti və beynəlxalq institutların fəaliyyətinə fəal şəkildə cəlb olunması beynəlxalq arenada məsuliyyətli və proqnozlaşdırıla bilən davranışın parlaq nümunəsidir. Azərbaycan öz fəaliyyəti və mövqeyi ilə təkcə regionda sabitlik və inkişafı müdafiə etmir, həm də bu regionda strateji tərəfdaş olmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirir.

Bizim son günlər və hətta saatlarda beynəlxalq münasibətlərdə şahidi olduğumuz dinamika, mənim parlamentlərarası əməkdaşlığın böhranların qarşısının alınması və ya həllində real mexanizm kimi fəallaşdırılmasının zəruriliyinə dair inamımı bir daha gücləndirir. Bolqarıstanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər məhz bu məqsədi güdür, regional dayanıqlığın gücləndirilməsi, region daxilində və onun hüdudlarından kənarda əməkdaşlığın inkişafı, mədəni inteqrasiya, həmçinin böhranların regional və qlobal səviyyədə genişlənmiş beynəlxalq əməkdaşlıq əsasında effektiv idarə olunması", - deyə N. Kiselyova bildirib.

Parlamentin spikeri əlavə edib ki, energetika sahəsində ikitərəfli münasibətlər iki ölkə arasında fəal siyasi dialoqun həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

"Azərbaycan energetika sahəsində əsas tərəfdaşımızdır və təbii qaz tədarükünün şaxələndirilməsinə yalnız Bolqarıstana deyil, bütün Avropa İttifaqına mühüm töhfə verir ki, bu da onu təkcə ölkəmiz, həm də Aİ-yə üzv bütün dövlətlər üçün strateji enerji tərəfdaşına çevirir. Bu sahədə əməkdaşlıq potensialı, xüsusilə də müasir dövrün yüksək dinamika və qeyri-müəyyənlik şəraitində, son dərəcə böyükdür", - deyə N. Kiselyova vurğulayıb.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycanın da iştirak etdiyi "yaşıl dəhliz" layihəsinə böyük maraq göstərir və artıq bu layihəyə qoşulub da.

"Biz Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Bolqarıstan bazarındakı fəal iştirakını alqışlayırıq. Bundan əlavə, Transxəzər nəqliyyat dəhlizinin praktiki reallaşdırılmasına tezliklə başlamağa məmnun olarıq. Bu layihə təkcə Avropa ilə Asiya arasında əlaqələndirici bir halqa deyil, həm də Avropanın enerji və iqtisadi təhlükəsizliyini təmin edən ən vacib elementlərdən biridir.

Hesab edirəm ki, ölkələrimiz Asiya ilə Avropa arasında yükdaşımaların artırılmasının vacibliyini dərk edir və bu yük dövriyyəsinin əsas tranzit xətlərindən birinin məhz bizim ölkələrdən keçə biləcəyini anlayırlar. Bu baxımdan Bolqarıstan və Azərbaycan paytaxtları arasında birbaşa aviareyslərin bərpası ilə başlanan birbaşa nəqliyyat əlaqələrinin bərpası müsbət bir siqnal olardı. Əvvəlki danışıqlar zamanı hər iki ölkənin icraedici hakimiyyət orqanlarının nümayəndələri bu istiqamətdə tam dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər", - deyə spiker qeyd edib.

O hesab edir ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə üzərindən keçən Trans-Xəzər dəhlizi məntiqli şəkildə Bolqarıstandan keçməklə Qərbi Avropaya doğru davam etməlidir.

"Hər iki ölkənin parlamentləri səviyyəsində bu məsələ artıq müzakirə olunduğunu nəzərə alsaq, əminəm ki, tezliklə bu istiqamətdə müsbət irəliləyiş əldə olunacaq və bu da xalqlarımızın maraqlarına xidmət edəcək. İkitərəfli münasibətlərin gələcək inkişafı və möhkəmləndirilməsi bizim əlimizdədir. Parlament diplomatiyasının rolunu da kiçiltmək olmaz, parlament komissiyaları arasında əməkdaşlıq və dostluq qrupları, əlaqəlilik, infrastruktur, energetika və nəqliyyat sahələrində uğurlu əməkdaşlıq üçün mühüm təməl və səmərəli dialoq vasitəsidir", - deyə N. Kiselyova yekunlaşdırıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri