Icma.az
close
up
RU
Əlaqələrimizin inkişafı möhkəm təmələ əsaslanır

Əlaqələrimizin inkişafı möhkəm təmələ əsaslanır

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Samir Qocayev

YAP Goranboy təşkilatının sədri

Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü günümüzün reallıqlarının təqdimatı, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün aparılan müzakirələrin yekunu olaraq imzalanan Bəyannamədə əksini tapan müddəaların perspektivləri baxımından tarixə yazıldı. Prezident İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini daim çıxışlarında belə ifadə edir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının malik olduğu iqtisadi potensialı, enerji resursları, yol-nəqliyyat infrastrukturu ilə bağlı fikirlərini diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirir ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Zirvə görüşündə Ermənistanın işğalı altında qalan torpaqlarımızda törətdikləri vəhşiliklər də diqqət göstərilən əsas məsələlər sırasında oldu. Cənab İlham Əliyev bildirdi ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər: “Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.

Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinə xidmət edən addımlara diqqəti yönəldərək vurğuladı ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.

Keçirilən Zirvə görüşləri ölkələrin yalnız beynəlxalq təşkilatlar daxilində deyil, iktərəfli çərçivədə də əlaqlərinin inkişafına işıq salır. Son illərdə, tarixi Zəfərimizdən sonrakı mərhələdə türk dünyasının birliyni ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinin geniş miqyas almasında da görmək mümkündür. Cənab İlham Əliyev daim çıxışlarında səfərlərin xronologiyasına diqqəti yönəldərək müzakirə edilən məsələlərin gələcəkdə əlaqələrin inkişafında stimulverici amil olacağına əminliyini ifadə edir.

Bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə yanaşı, türkdilli ölkələrlə münasibətləri də bütün sahələrdə uğurla inkişaf edir. Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana səfəri iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə də işıq saldı. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr tarixi, mədəni və dini yaxınlıq üzərində qurulub. Bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir. Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır. Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər hər iki ölkənin liderlərinin səyləri, xalqlarımızın ortaq dəyərləri və qarşılıqlı dəstəyi ilə günbəgün möhkəmlənir. İki ölkənin beynəlxalq təşkilatlarda birgə fəaliyyəti siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə, eyni zamanda, qarşılıqlı etimadın güclənməsinə kömək edir. Beləliklə, Azərbaycan və Qırğızıstan regiondakı bir çox məsələlərin həllində birgə mövqe nümayiş etdirərək, münaqişələrin aradan qaldırılmasına və sülhün təmin edilməsinə yönəlmiş addımlar atırlar. Eyni zamanda, bu əməkdaşlıq müasir çağırışlar qarşısında iki ölkənin birgə strateji planlarını həyata keçirməsinə, həmçinin qlobal problemlərə dair daha geniş müzakirələrdə iştirak etmələrinə imkan yaradır. Nəticədə, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı beynəlxalq müstəvidə hər iki dövlətin nüfuzunu artıraraq, regional sabitliyin güclənməsinə dəstək verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri