Icma.az
close
up
RU
Bolqarıstanda hökumət böhranı: İkinci cəhd də uğursuz olub

Bolqarıstanda hökumət böhranı: İkinci cəhd də uğursuz olub

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Baş nazir Rosen Jelyazkovun hökumətinin istefasından sonra parlamentdəki ikinci ən böyük qrup olan Dəyişikliyə Davam Et-Demokratik Bolqarıstan (PP-DB) alyansı hökumət qurmaq mandatını rədd edib.

Bizimyol.info xəbər verir ki, PP-DB alyansı, Prezident Rumen Radevdən konstitusiya prosedurlarına əsasən aldığı kabinet qurmaq mandatını geri qaytardığını açıqlayıb.

Prezident Sarayında keçirilən mərasimdə alyansı təmsil edən PP-DB parlament qrupunun həmsədri Nadejda Yordanova: "Biz proseduru yerinə yetirmək üçün buradayıq. Mandat rəsmi olaraq mənə verildi və mən onu aldığım anda yerinə yetirilməmiş şəkildə geri qaytarıram", - deyib.

Yordanova mandatı qaytararkən: "Alyansın fikrincə, mandatın qaytarılmasının səbəbi 51-ci Milli Məclisdə islahatçı çoxluq təşkil etməyin mümkün olmamasıdır", - deyə əlavə edib.

Prezident Radev həmçinin ədalətli seçkilərə çağırış edərək: "Əhəmiyyətli olan seçkilərin nə vaxt keçiriləcəyi deyil, necə keçiriləcəyidir. Partiya liderlərindən məndən seçkinin tarixini soruşmaq deyil, məsuliyyət göstərmələrini gözləyirəm", - deyib.

Bu həftənin əvvəlində istefa verən Baş nazir Rosen Jelyazkov, Prezident Radevdən GERB-SDS namizədi kimi aldığı hökumət qurmaq mandatını yerinə yetirmədən geri qaytarıb.

Rosen Jelyazkovun 11 dekabr 2025-ci ildə istefasından sonra Prezident Rumen Radev, müəyyən edilmiş konstitusiya proseduruna uyğun olaraq, parlamentdəki siyasi liderlərlə danışıqlar aparıb.

Ölkə konstitusiyasına görə, Radev əvvəlcə kabinet yaratmaq vəzifəsini parlamentdə ən böyük qrupları olan iki partiya və koalisiyaya, daha sonra isə parlamentdə təmsil olunan üçüncü partiyaya verməlidir.

Yeni konstitusiya qaydalarına görə, prezident yalnız baş naziri seçə bilər və bunu dövlət vəzifələrində çalışan 10 nəfərdən ibarət məhdud siyahıdan edə bilər.

Prezident tərəfindən namizəd göstərilən müvəqqəti baş nazir kabinet layihəsini təqdim etməli və parlament qrupları ilə məsləhətləşmələrdən sonra Radev fərmanı imzalamalıdır.

Müvəqqəti hökumətin təyin edilməsi ilə Radev iki ay ərzində erkən parlament seçkilərinin tarixini təyin edəcək. Parlament yeni hökumət and içənə qədər işini davam etdirəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri