Bolqarıstanda hərbi zavodda bir ay ərzində ikinci partlayış olub
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gecə saatlarında Bolqarıstanın Tryavna şəhəri yaxınlığındakı Sareva-Livada kəndi ərazisində yerləşən "Emko" hərbi zavodunun anbarlarında partlayışlarla müşayiət edilən yanğın hadisəsi qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "Nova" telekanalı yerli administrasiyaya istinadən məlumat yayıb.
Məlumata görə, anbarların mühafizə xidməti təxliyə edilib, hadisə yeri mühasirəyə alınıb və milli fövqəladə xəbərdarlıq sistemi işə salınıb. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün heç bir təhlükə yoxdur.
Hazırda əraziyə fövqəladə hallar xidmətləri cəlb olunub. Telekanalın məlumatına görə, müəssisənin ərazisindən silsilə partlayış səsləri eşidilir və yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, son bir ay ərzində "Emko" anbarlarında baş verən ikinci belə hadisədir. Avqustun 10-da Belitsa kəndi yaxınlığındakı sursat anbarında da oxşar insident baş vermiş və həmin vaxt da xəsarət alan olmamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 12 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















