Icma.az
close
up
RU
Bolt Business və Fairmont Baku Hoteli Bakıda qonaqlara Tesla elektrik avtomobilləri ilə rahat səyahət imkanı təqdim edir

Bolt Business və Fairmont Baku Hoteli Bakıda qonaqlara Tesla elektrik avtomobilləri ilə rahat səyahət imkanı təqdim edir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Bolt" və "Fairmont Baku" Hoteli arasında qurulan əməkdaşlıq çərçivəsində paytaxtımızda yerləşən "Fairmont Baku" Hotelin qonaqları üçün taksi sifarişi prosesi daha sürətli, rahat və müasir şəkildə həyata keçirilir. "Tesla" elektrik avtomobillərinin istifadəsi qonaqlara yüksəksəviyyəli, lüks xidmət təqdim etməklə yanaşı, ətraf mühitin qorunmasına da əhəmiyyətli töhfə verir.

Bu təşəbbüs, "Fairmont Baku" Hotelinin uzunmüddətli dayanıqlılıq məqsədləri ilə tam uyğunluq təşkil edir. Hotel karbon emissiyalarının azaldılması, ətraf mühitə və cəmiyyətə təsirin minimuma endirilməsi, eləcə də davamlı təcrübələrin gündəlik əməliyyatlara inteqrasiya olunması istiqamətində ardıcıl addımlar atır. İstifadəyə verilən elektrik avtomobilləri bu yanaşmanın real nümunəsidir və hotelin yaşıl gələcəyə dair öhdəliyini bir daha nümayiş etdirir.

"Bolt Business" bu əməkdaşlıq vasitəsilə hotellərə qonaq təcrübəsini zənginləşdirmək, sifariş prosesini optimallaşdırmaq və əlavə dəyər yaradan yüksəkkeyfiyyətli xidmət təqdim etmək imkanı verir. Xidmətlər "Bolt Business"in "Ride Booker" sistemi üzərindən təmin olunur və 24/7 fəaliyyət göstərən xüsusi elektrik avtomobil parkı tərəfindən dəstəklənir. Sifarişlər "Bolt" platforması üzərindən müstəqil tərəfdaş sürücülər tərəfindən icra olunur.

Razılaşmaya əsasən, hotel qonaqlarının istifadəsi üçün 14-ə qədər elektrik avtomobili (Tesla və digər ECO modellər) ayrılıb. Sifarişləri ya hotel əməkdaşları qonaqların adından, ya da qonaqlar öz Bolt tətbiqlərində yaradılmış xüsusi "Business" kateqoriyası vasitəsilə edə bilirlər. Ödəniş isə sürücüyə nağd və ya kartla həyata keçirilir.

"Bolt Business" xidmətləri şirkətin əsas missiyasının - "şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq" daha bir addımıdır. Bu məqsədlə elektrik avtomobillərinin istifadəsi şəhərlərin daha yaşıl, ekoloji cəhətdən təmiz və insanlar üçün daha əlçatan olmasına xidmət edir.

"Biz hotel sektorunun "Bolt Business"ə göstərdiyi maraqdan məmnunuq. "Fairmont Baku" Hotel ilə əməkdaşlıq biznes səyahət həllərimizi nümayiş etdirir, hotel əməkdaşlarının işini asanlaşdırır və onların diqqətini qonaqların ehtiyaclarına yönəltməsinə imkan yaradır. "Bolt Business" xidmətləri şirkətin əsas missiyasının - "şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq" bir hissəsidir və elektrik avtomobillərinin istifadəsi şəhərlərdə daha təmiz, yaşıl və insanlar üçün daha əlçatan mühitin formalaşmasına xidmət edir", - deyə "Bolt Business" Satış departamentinin Azərbaycan, Paraqvay, Tailand və İsveçrə üzrə regional meneceri Andre de La Torre bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri