Icma.az
close
up
RU
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bolt” şirkəti oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə dünya çempionatının (Bakı-2026) rəsmi mobillik tərəfdaşı olub.

Dünya çempionatı ilə başlayan əməkdaşlıq “Bolt” və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur.

Tərəfdaşlıq çərçivəsində çempionat iştirakçılarının, qonaqların və azarkeşlərin şəhərdaxili hərəkətinin daha rahat təşkili nəzərdə tutulur. Yarış günlərində tədbirə gələn istifadəçilər “Bolt” tətbiqi vasitəsilə səfərlərdə 25 faiz endirimdən yararlana biləcəklər. Endirimdən istifadə qaydaları çempionat ərəfəsində açıqlanacaq.

Eyni zamanda, “Bolt for Business” həlli təşkilatçıların və tərəfdaşların işgüzar səfərlərinin vahid platforma üzərindən idarə olunmasına imkan yaradacaq. Bu həll nəqliyyatın koordinasiyasının daha səmərəli təşkilinə və şəxsi avtomobillərdən istifadə ehtiyacının azaldılmasına xidmət edəcək.

“Bolt for Business”in Azərbaycan üzrə rəhbəri Salman Babazadə tərəfdaşlıqla bağlı bildirib: “Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm idman hadisəsidir. Rəsmi mobillik tərəfdaşı kimi məqsədimiz iştirakçıların, qonaqların və azarkeşlərin şəhər üzrə hərəkətini daha rahat etməkdir. “Bolt for Business” vasitəsilə təşkilati səfərlərin daha səmərəli idarə olunmasına da dəstək verəcəyik”.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu əməkdaşlığın dünya çempionatının təşkili baxımından əhəmiyyətini vurğulayıb: “Bakıda keçiriləcək dünya çempionatı çoxsaylı idmançı, nümayəndə heyəti və azarkeşi bir araya gətirəcək. Belə irimiqyaslı yarış zamanı mobilliyin səmərəli təşkili mühüm məsələlərdən biridir. “Bolt” ilə əməkdaşlığın həm çempionat iştirakçılarının və qonaqların rahatlığına, həm də təşkilati proseslərin daha çevik həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq. Eyni zamanda, bu əməkdaşlığın dünya çempionatından sonra da davam etməsini və uzunmüddətli tərəfdaşlığa çevrilməsini müsbət qiymətləndiririk”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatında (Bakı-2026) fərdi mübarizələr oktyabrın 4-dən 11-dək, qarışıq komanda yarışı isə oktyabrın 11-də Milli Gimnastika Arenasında keçiriləcək. Mundialda 97 ölkədən 640 cüdoçunun iştirakı nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri