Icma.az
close
up
RU
Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır

Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lüksemburq, 9 iyun 2026-cı il – Avropanın aparıcı mobillik platforması Bolt, avtonom idarəetmə texnologiyaları sahəsində qlobal lider Pony.ai və dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan Stellantis Lüksemburqda avtonom mobillik üzrə pilot sınaq proqramının başladığını elan ediblər.
Bu, Bolt-un ilk avtonom mobillik pilot layihəsidir və şirkətin müxtəlif texnologiya tərəfdaşları ilə birlikdə Avropa şəhərlərində avtonom mobillik xidmətlərini genişləndirmək məqsədində növbəti mühüm mərhələ hesab olunur. Stellantis üçün isə bu təşəbbüs şirkətin Avropadakı tərəfdaş ekosisteminin genişləndiyini nümayiş etdirir və L4-Ready Platform™ əsasında qurulan qlobal sürücüsüz mobillik strategiyasını daha da irəli aparır.
Proqram Pony.ai şirkətinin yeddinci nəsil (Gen-7) avtonom nəqliyyat vasitələrinin təhlükəsizlik, performans və normativ tələblərə uyğunluğunun Lüksemburqun real yol hərəkəti şəraitində qiymətləndirilməsinə yönələcək. Bu proses ölkənin avtonom mobillik texnologiyalarının sınaqlarına açıq və innovativ yanaşması ilə dəstəklənəcək. Stellantis isə L4-Ready Platform™ əsasında hazırlanmış orta ölçülü furqon təqdim etməklə mühəndislik və istehsalat sahəsindəki təcrübəsini layihəyə töhfə verəcək.
Tərəfdaşlar hazırda “Living Lab” pilot layihəsinin həyata keçirilməsi üçün hazırlıq işləri aparırlar. Pilot proqram şəhər şəraitində təhlükəsiz avtonom mobilliyin təmin olunması üçün zəruri olan texnologiya və əməliyyat proseslərinin sınaqdan keçirilməsini nəzərdə tutur. Buraya nəqliyyat vasitələrinin istifadəyə verilməsi, ride-hailing platforması ilə inteqrasiyası, donanmanın idarə olunması və tənzimləyici qurumlarla koordinasiya daxildir.
Pilot proqram Stellantis, Pony.ai və Bolt arasında daha əvvəl elan edilmiş əməkdaşlıqların davamı olaraq Avropada avtonom mobillik həllərinin inkişafı və tətbiqini sürətləndirməyi hədəfləyir. Şirkətlər proqramın sonunda tam sürücüsüz istismara hazırlıq səviyyəsinə çatmağı planlaşdırırlar.
Layihə tərəfdaşların aşağıdakı üstünlüklərini bir araya gətirir:
Bolt-un ride-hailing (mobil tətbiq vasitəsilə nəqliyyat sifariş etməsinə imkan verən xidmət növü) platforması və bazar təcrübəsi;

Stellantis-in L4-Ready Platform™ həlləri, eləcə də mühəndislik və istehsalat imkanları;

Pony.ai şirkətinin avtonom idarəetmə texnologiyaları və əməliyyat təcrübəsi.

Markus Villig, Bolt-un təsisçisi və baş icraçı direktoru:

“Avtonom mobillik texnologiyaları artıq bütün dünyada nəqliyyat sektorunu dəyişir. Qlobal miqyasda rəqabət aparan yeganə müstəqil və Avropa mənşəli ride-hailing platforması olaraq biz bu inqilabi texnologiyanın Avropada geniş tətbiqinin önündə olmaq istəyirik. Lüksemburqun bu texnologiyanın sınaqlarına mütərəqqi yanaşmasını yüksək qiymətləndiririk və Avropadakı tərəfdaşımız Stellantis, eləcə də proqram təminatı sahəsində qlobal lider Pony.ai ilə gələcəkdə yeni pilot layihələr həyata keçirməkdən məmnunuq.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 İyun 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri