“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
“Stellantis” qrupu Fransanın Duvrin kommunasında yerləşən mühərrik zavodunu bağlayır.
Avtosfer.az xəbər verir ki, zavodda indiyədək üçsilindrli 1,2 litrlik “Puretech” mühərrikləri istehsal olunurdu. Payızda istehsalın yekunlaşdırılması qərara alınıb.
Avropa mediasının məlumatına görə, 10 ildən çoxdur istehsal edilən mühərrik “Stellantis” üçün problem mənbəyinə çevrilib. Qazpaylama sistemindəki nasazlıqlara görə qrup geriçağırma kampaniyalarına milyonlarla dollar xərcləyib. Lakin mühərrikin istehsalı dayanmayacaq. Müəyyən təkmilləşməədn sonra güc qurğusu Polşada istehsal ediləcək.
Duvrindəki zavodda 2000-ci illərədək 6 mindən çox adam çalışsa da, son illərdə işçi sayı ciddi şəkildə azalıb. Buna görə də, istehsalın elektromobilə yönəldilməsi qərara alınıb.
Bununla belə, əməkdaşların işsiz qoyulması da istisna edilir. Artıq 340 əməkdaş başqa müəssisələrə köçürülüb. Noyabradək pensiya yaşı tamam olmayanlar da digər zavodlarda işlə təmin olunacaqlar.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















