Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

“Bolt” sürücü sərnişin münasibətlərini necə tənzimləyir? Şirkət nümayəndəsi AÇIQLADI VİDEO

“Bolt” sürücü sərnişin münasibətlərini necə tənzimləyir? Şirkət nümayəndəsi AÇIQLADI VİDEO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırkı dönəmdə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı hər gün yenilik tətbiq edilir. Edilən yeniliklər bu istiqamətdə inkişaf üçün əsas təşkil edir. Buna baxmayaraq, hələ də taksi sürücüləri ilə sərnişinlər arasında mübahisələr, etik olmayan davranışlara rast gəlmək mümkündür. Bu problemlərin aradan qaldırılmasında ən iri addımları isə məhz Avtosfer.az-ın tərəfdaşı olan “Bolt” şirkəti atır. Ötən ildən bu yana “Bolt” tətbiqindəki yeniliklər artıq vətəndaşların təhlükəsiz şəkildə ünvana aparılması, eyni zamanda sifariş məhsulunun “Bolt Food” vasitəsilə təhlükəsiz şəkildə sahibinə təhvil verilməsi təmin edilib.

Avtosfer.az xəbər verir ki, “Bolt” bütün bunlarla da yetinməyib, sürücülər və kuryerlərə dəstək məqsədilə ümumi fondu 40 min manata yaxın olan “Bolt Accelerator” proqramını da həyata keçirib. Bu baxımdan şirkətin uğurlarını saymaqla bitirmək mümkün deyil. Amma hələ də vətəndaşların şirkətə tez-tez verdiyi suallar olur ki, bunları elə “Bolt”un Müştəri Dəstəyi üzrə mütəxəssisi Nəriman Abbasova ünvanladıq.

- Nəriman bəy, ümumiyyətlə müştəri dəstəyi niyə bu qədər vacibdir?

- Əvvəlcə qeyd edim ki, “Bolt” taksi şirkəti deyil, istifadəçiləri müxtəlif xidmətlərlə birləşdirən texnoloji platformadır. “Bolt” tətbiqi vasitəsilə istifadəçilər taksi sifarişi, qida çatdırılması, mikromobillik (skuter), eləcə də “Bolt for Business” korporativ həllərindən yararlana bilirlər. Bu yanaşma istifadəçilərə daha çevik və ehtiyaclarına uyğun seçimlər təqdim edir. Bolt platformasında əsas məqsədimiz texnologiya vasitəsilə səfərlərin böyük əksəriyyətinin problemsiz və müdaxiləsiz şəkildə baş tutmasını təmin etməkdir. Tətbiqdə mövcud funksiyalar bir çox məsələlərin, o cümlədən unudulmuş əşyalarla bağlı əlaqə istifadəçilər tərəfindən birbaşa həllinə imkan yaradır. Yalnız səfər zamanı və ya sonrasında əlavə çətinlik yarandıqda, müştəri dəstəyi prosesi cəlb olunur və hər bir müraciət operativ, ədalətli və şəffaf şəkildə araşdırılır. Bu yanaşma həm xidmətin səmərəliliyini, həm də istifadəçilərin platformaya olan etimadını qorumağa xidmət edir.

- “Bolt”un Azərbaycandakı müştəri dəstəyi hansı prinsiplər əsasında fəaliyyət göstərir?

- “Bolt”un müştəri dəstəyi sürət, obyektivlik və təhlükəsizlik prinsiplərinə əsaslanır. Hər müraciət

ayrıca araşdırılır, tətbiqdə mövcud məlumatlar və sistem qeydləri əsasında qiymətləndirilir. Qərarlar həm sərnişinin, həm də sürücünün hüquqları nəzərə alınaraq verilir.

- İstifadəçilərin verdiyi rəy və sürücülərin reytinqi nə üçün vacibdir?

- Rəy və reytinqlər xidmət keyfiyyətinin qorunmasında əsas alətlərdəndir. Sərnişinlərin verdiyi qiymətləndirmələr sürücülərin davranışına və xidmət səviyyəsinə birbaşa təsir edir. Eyni zamanda, bu məlumatlar problemli halların erkən mərhələdə aşkar edilməsinə imkan yaradır.

- Niyə bu məsələlər üçün məhz Bolt tətbiqindən istifadə etmək tövsiyə olunur?

- Çünki yalnız tətbiq daxilində edilən müraciətlər konkret səfərlə avtomatik əlaqələndirilir və “Bolt komandası dərhal bütün zəruri məlumatlara — sifarişin detalları, səfəri həyata keçirən sürücü, marşrut, səfərin gedişi və tərəflər arasında baş vermiş ünsiyyətə çıxış əldə edir. Bu, məsələnin daha sürətli, obyektiv və dəqiq şəkildə araşdırılmasına imkan verir. Sosial şəbəkələr və digər kanallar məlumatı əksər hallarda natamam təqdim etdiyi üçün problemi eyni effektivliklə həll etmək mümkün olmur.

- Son dövrlərdə taksi xidmətində tez-tez rast gəlinən problemlər hansılardır?

- Kart ödənişindən imtina və ya iki ünvanlı sifarişlərin qəbul edilməməsi kimi hallar mövcuddur və ciddi nəzarətdə saxlanılır. Bu cür davranışlar “Bolt” qaydalarına ziddir. Belə hallarda istifadəçilər tətbiq üzərindən müraciət etməli və müştəri dəstəyi tərəfindən müvafiq tədbirlər görülür. Eyni zamanda, təhlükəsizliklə bağlı məsələlər Bolt üçün əsas prioritetdir. Statistikaya əsasən, hazırda “Bolt” platformasında hər 10 000 səfərə düşən təhlükəsizliklə bağlı şikayətlərin sayı cəmi 0,57 təşkil edir. Bu göstərici illik ümumi səfərlərin təxminən 0,0057%-ni əhatə edir ki, bu da tətbiq olunan təhlükəsizlik tədbirlərinin effektivliyini göstərir. Təhlükəli sürücülük, tətbiqdə göstərilən sürücü və ya avtomobil məlumatlarının faktiki vəziyyətlə uyğun gəlməməsi, eləcə də sürücünün şübhəli davranışı ciddi şəkildə araşdırılır. Səfərdən əvvəl sürücülərin kimliyi və avtomobil məlumatları yoxlanılır. Əgər səfər zamanı hər

hansı uyğunsuzluq müşahidə olunarsa, sərnişin bunu tətbiq üzərindən bildirə bilər. Bu cür müraciətlər və verilən rəylər sistemdə toplanır və təkrar olunan neqativ hallar aşkar edildikdə, xidmət göstərməyə uyğun olmayan sürücülərin platformaya çıxışı məhdudlaşdırılır və ya dayandırılır. Bu mexanizm potensial risklərin vaxtında qarşısını almağa və yüzlərlə mənfi təcrübənin baş verməsinin önlənməsinə xidmət edir.

- Səfər zamanı sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün Bolt tətbiqində hansı əsas alətlər və yeni funksiyalar mövcuddur?

- Səfər zamanı istifadəçilər üçün bir sıra təhlükəsizlik alətləri mövcuddur. Bunlara səfərin canlı izlənilməsi və yaxınlarla paylaşılması, “Təcili Yardım” düyməsi daxildir. Bu alətlərdən istifadə xüsusilə tövsiyə olunur. Qeyd edim ki, tətbiqdə “Pick-up Code” (Gedişin Təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da  istifadəyə verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu kodu tətbiqin “Təhlükəsizlik” bölməsindən aktivləşdirə bilər.

- Bəs sürücülərin qarşılaşa biləcəyi problemlər nələrdir və onlar nə etməlidirlər?

- Sürücülər də müxtəlif problemlərlə üzləşə bilirlər. Sərnişin davranışı, ödənişlə bağlı anlaşılmazlıqlar, fırıldaqçılıq və dələdulzuq halları və s. Belə vəziyyətlərdə sürücülər də tətbiq üzərindən müştəri  dəstəyinə müraciət etməlidirlər. Bolt platforması hər iki tərəfin təhlükəsizliyini qorumaq üçün alətlər təqdim edir.

- “Bolt” müştərisi şikayət etdiyi sürücünün haçansa yenə qarşısına çıxmaması, qərəz yaranmaması üçün nə etməlidir? Dəstək komandanız belə halları necə aradan qaldırır?

- Həm sərnişin, həm də sürücü tərəfindən edilən şikayətlər bizim tərəfimizdən araşdırılır. Həmin sürücülərin və sərnişinlərin profillərində daxili qeydlər aparılır. Əgər hansısa təhlükəsizlik baxımından şikayət daxil olubsa, biz ciddi tədbir görürük və həmin sərnişinlər sürücü bir-biri ilə qarşılaşmamış olur. Yox əgər bu şikayətlər ikinci və üçüncü dəfə baş verirsə, artıq əməkdaş görür ki, həmin sürücü və sərnişinlə bağlı şikayətlər artmaqdadır. Artıq platformanın daxili qaydalarına əsasən müvafiq tədbirlər görülür.

- Sonda istifadəçilərə nə tövsiyə edərdiniz?

- “Bolt”dan istifadə edərkən hər hansı problem yaranarsa, bunu tətbiq daxilində bildirsinlər, rəy və reytinq verməyi unutmasınlar və təhlükəsizlik funksiyalarından aktiv istifadə etsinlər. Bu, həm öz  rahatlıqları, həm də platformanın ümumi xidmət keyfiyyəti üçün vacibdir”.

Səfər

Oxunub 80

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Fevral 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri