Icma.az
close
up
RU
Gəncədə “BakuBus” sürücüləri yaradılan şəraitdən narazıdır Şirkət səbəbi AÇIQLADI VİDEO

Gəncədə “BakuBus” sürücüləri yaradılan şəraitdən narazıdır Şirkət səbəbi AÇIQLADI VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

“BakuBus” MMC-yə məxsus marşrut xətlərində çalışan sürücü və dispetçerlər üçün yaradılan iş şəraiti ictimai narazılığa səbəb olub. Vəziyyət sakinlərin biri  tərəfindən qeydə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Onun sözlərinə görə, fəaliyyət göstərən marşrut xətlərində çalışan sürücülər üçün Gəncə şəhəri Süleyman Rüstəm küçəsində yerləşən Gəncə Avtomobil Zavodunun qarşısında elementar istirahət və sığınacaq şəraiti mövcud deyil. 

Avtosfer.az xəbər verir ki, Gəncə sakinləri deyiblər ki, şəhərdə gün ərzində fasiləsiz sərnişindaşıma həyata keçirən sürücülər nəqliyyat vasitəsindən kənar vaxtlarda ciddi çətinliklərlə üzləşirlər. Xüsusilə qış aylarında havaların kəskin soyuması vəziyyəti daha da ağırlaşdırır. Sürücülər ya açıq havada, şaxtalı və küləkli şəraitdə gözləməyə məcbur qalır, ya da dispetçerlər üçün qurulmuş, taxta və sellofan materiallarla örtülmüş, müvəqqəti və primitiv tikilidən istifadə edirlər. Sözügedən şərait nə əmək normalarına, nə də insan sağlamlığına cavab verir. Uzun müddət soyuqda qalmaq sürücülərin səhhətində problemlərə yol açmaqla yanaşı, onların iş qabiliyyətinə də mənfi təsir göstərir. Bu isə dolayısı ilə sərnişinlərin təhlükəsizliyini risk altına salır.

Sakinlərin sözlərinə görə, ictimai nəqliyyatın dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün sürücülər üçün normal istirahət məkanları, qapalı və isitmə sistemi olan sığınacaqlar təmin edilməlidir. Onlar aidiyyəti qurumları və “BakuBus” MMC rəhbərliyini məsələyə biganə qalmamağa, mövcud problemin həlli üçün təcili tədbirlər görməyə çağırıblar.
Məsələ ilə bağlı “BakuBus” MMC ilə əlaqə saxladıq. Qurumdan Avtosfer.az-a bildirilib ki, “BakuBus” MMC Gəncə şəhərində təxminən 3 aydır ki, 20 yenilənmiş marşrut xətti üzrə fəaliyyət göstərir.
“Hazırda sürücülər və dispetçerlər üçün istirahət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Mövcud vəziyyət hazırda tərəfimizdən nəzarətdə saxlanılır və yaxın gələcəkdə bu tədbirlərin yekunlaşması nəzərdə tutulur. Əməkdaşların təhlükəsiz və rahat əmək şəraitinin təmin edilməsi “BakuBus” MMC üçün prioritet istiqamətlərdən biridir və bu sahədə tədbirlər mərhələli şəkildə davam etdirilir”.
Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri