“Bolt”dan daha bir şikayət Müştərini yarı yolda atıb...
Pravd.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir “Bolt”dan daha bir şikayət Müştərini yarı yolda atıb....
“Bolt” sürücüsü iki ünvana ard-arda taksi sifariş verdiyi üçün müştərini yarı yolda qoyaraq, ünvana sürməkdən imtina edib.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən bildirib.
“Sürücü taksiya minən kimi 2 ünvan qeyd etdiyimi gördü və çox kobud şəkildə etiraz etdi. Dedi ki, ay xanım, 2 ünvan nədir? Mən də bildirdim ki, burada 2-3 ünvan qeyd etmək mümkündürsə, yəni o funksiya varsa, edə bilərəm, haqqımdır. Sürücü “Bolt”u söydü sonra da maşını saxladı və dedi ki, sizi aparmıram”, - o bildirib.
Pravda.az belə halda sərnişinlərin nə etməli olduqları, “Bolt”un qaydaları pozan sürücülərlə bağlı hər hansı cəza üsulunun olub-olmadığı barədə şirkətə sorğu ünvanlasa da, heç bir mövqe bildirilməyib.
Aytəkin Qardaşova