Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son zamanlar sosial şəbəkələrdə yeni bir trend yaranıb.

Şəklini atıb “Məni animasiya şəklində yarat” deyən kim, “Məni nağıl qəhrəmanına çevir” deyən kim.

Hətta əksəriyyət şəklini göndərir və yanında birinin təsvir edilməsini istəyir. Bir neçə saniyə sonra isə heç tanımadığınız, gerçək kimi görünən bir insanla eyni şəkili bölüşürsünüz. Bəs, bu insan kimdir? Bu sima süni intellektin yaddaşında qalan, vaxtilə kiminsə yüklədiyi real bir şəxsə aid ola bilərmi?

Məsələnin ən dəhşətli tərəfi isə odur ki, əgər bu şəkillər həqiqətən də nə vaxtsa süni intellektə yüklənən birinin şəklidirsə, bir gün sosial şəbəkədə həmin insanın yaxınının, yoldaşının, sevgilisinin qarşısına çıxa bilər.

Yəni əslində əyləncəli görünən bu trend kiminsə ailəsində problemlərə səbəb ola bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellekt tətbiqlərindən və ya saytlarından istifadə etməzdən əvvəl onun həqiqi və etibarlı olub-olmadığı mütləq şəkildə müəyyən edilməlidir.

Ə.Mövzümzadənin sözlərinə görə, bunun üçün ilk növbədə həmin saytın istifadəçi gizlilik siyasəti ilə tanış olmaq vacibdir.

Mütəxəssis qeyd edib ki, hər bir süni intellekt alətinin və ya platformasının məxfilik siyasətində istifadəçilərin təqdim etdiyi məlumatların, o cümlədən şəkillərin və yazılı məzmunun hansı məqsədlərlə və harada istifadə oluna biləcəyi barədə məlumatlar əks olunur:

“Bu siyasətlər diqqətlə oxunmalı, paylaşılacaq məlumatların taleyi barədə istifadəçidə aydın təsəvvür formalaşmalıdır”.

Əmrah Mövsümzadə: Təqdim edilən şəkillər vasitəsilə bu sistemin öyrənməsinə töhfə verilə bilər

Süni intellekt texnologiyasının sürətlə inkişaf etdiyini deyən Ə.Mövsümzadə bildirib ki, texniki biliyə malik olan şəxslər öz şəxsi süni intellekt sistemlərini hazırlayır. Dediyinə görə, bu prosesdə, təəssüf ki, dələduzluq halları da baş verir. Müsahibimiz əlavə edib ki, bəzi şəxslər və ya qurumlar süni intellekt adı altında istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək və sui-istifadə etmək niyyətində olurlar:

“Buna görə də istifadəçilər ehtiyatlı davranmalı, istənilən süni intellekt tətbiqindən istifadə etməzdən əvvəl onun etibarlılığına və təhlükəsizlik səviyyəsinə əmin olmalıdırlar”.

Əmrah Mövsümzadə nəzərə çatdırıb ki, şəxsi məlumatların məsələn, şifrələrin, parolların və ya digər həssas məlumatların heç bir halda süni intellekt sistemlərinə ötürülməsi məsləhət görülmür. O bildirib ki, şəkillərin redaktəsi və ya dizaynı kimi məqsədlərlə bu texnologiyalardan istifadə halları artmaqdadır:

“Buna baxmayaraq, şəkil və digər məlumatlar yüklənməzdən əvvəl mütləq şəkildə platformanın məxfilik siyasəti ilə tanış olunmalı və onların necə istifadə olunduğu barədə aydınlıq əldə edilməlidir”.

Süni intellekt dərin öyrənmə mexanizmi ilə işlədiyini qeyd edən ekspert deyib ki, bu, komputer öyrənməsi adlanan üsulla müxtəlif alqoritmlər üzərində həyata keçirilir.

Ə.Mövsümzadə bildirib ki, təqdim edilən şəkillər, mətnlər, yazılar və digər məlumatlar vasitəsilə bu sistemin öyrənməsinə töhfə verilə bilər. Onun sözlərinə görə, süni intellekt normalda əvvəlcədən müəyyən edilmiş datasetlər üzərində öyrədilir. Bu datasetlərə internetdən götürülmüş şəkillər, PDF sənədləri, videolar və digər resurslar daxildir ki, sistem bu məlumatları analiz edərək müəyyən kompüter öyrənməsi prosesinə daxil olur və detalları mənimsəyir.

“Daha sonra siz ondan bir şey tələb etdikdə - məsələn, “səhrada bir qadın rəsmi yarat” desəniz - sistem qadının nə olduğunu, necə göründüyünü ona verilmiş məlumat bazası əsasında başa düşür və həmin baza üzərindən istifadə edərək yeni bir təsvir yaradır.

Bu qadın real həyatda mövcud olan konkret bir insan yox, sadəcə sistemə təqdim edilmiş məlumatlardan ilham alaraq yaradılmış bir model olur. Başqa sözlə, süni intellekt verilmiş məlumatlardan ilham alır və onlara əsaslanaraq yeni bir vizual və ya mətn forması yaradır”,- deyə mütəxəssis izah edib.

Əmrah Mövsümzadə son olaraq vurğulayıb ki, əgər bir süni intellekt tətbiqinin və ya saytın məxfilik siyasəti ümumiyyətlə təqdim olunmayıbsa, bu, ciddi bir xəbərdarlıq siqnalı olmalıdır:

“Belə hallarda həmin tətbiqdən istifadə etməkdən çəkinmək daha doğrudur. Nəticə etibarilə, şəxsi məlumatlarınızı, xüsusilə də şəkillərinizi yalnız etibarlı və şəffaf fəaliyyət göstərən süni intellekt platformalarına etibar etməyiniz tövsiyə olunur”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:412
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri