Icma.az
close
up
RU
“Bolt”un fəaliyyəti dayandırılacaq? AÇIQLAMA

“Bolt”un fəaliyyəti dayandırılacaq? AÇIQLAMA

Icma.az bildirir, News24 portalına istinadən.

Xəbər verdiyimiz kimi, dünən Bakıda "BYD" markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. 

Qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatlar əldə edilib. "BYD" markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb. O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib. 

Qeyd edək ki, bu cür hallar "Bolt" şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılıqlara səbəb olur. Bəs görəsən, baş verən son hadisə “Bolt”un Azərbaycandakı fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnə bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sözügedən şirkətin fəaliyyətinin dayandırılması real görünmür:

“Düşünmürəm ki, bu hadisədən sonra həmin taksi şirkətinin fəaliyyəti Azərbaycanda dayandırılsın. Amma müəyyən tədbirlər görülə bilər. Həmin şirkətə qarşı sanksiyalar tətbiq edilə bilər”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli isə qeyd edib ki, yekun araşdırma edilmədən “Bolt” şirkətini günahlandırmaq düzgün deyil:

“Bu sürücülük məsələsi individual məsələdir. Burada “Bolt” şirkətinin hər hansı sürücü ilə hüquqi münasibətlərini araşdırmaq lazımdır. Mənə elə gəlir ki, üzərində məhkumluq olan, şərti azadlığa buraxılmış şəxsin taksi fəaliyyəti ilə məşğul olmasında hər hansı bir məhdudiyyət yoxdur. Əgər həmin məhkumluq onun birbaşa sürücülüyə bağlı olan cinayəti ilə əlaqəli deyilsə. 

Tutaq ki, qəza törədib adam öldürməyibsə, qəza törədib kütləvi insan tələfatına səbəb olan hadisə törətməyibsə və s. Qanunvericiliyə əsasən, şərti azadlığa buraxılıbsa, bu insanın hüquqdur ki, işləyib çörək qazansın. Bunu sürücülüklə də edə bilər, fəhləliklə də edə bilər. Yəni burada bölücülük eləmək düzgün deyil. Bu düşüncəni tamamilə kənara qoymaq lazımdır. Qəzanın səbəbləri araşdırılmalıdır. 

Sürücü əgər qəzanı törətdiyi anda anlaqsız vəziyyətdə olubsa, anın özünü qiymətləndirmək lazımdır. Ona uyğun məhkəmə qərar verə bilər ki, sürücüyə hansı cəza tətbiq edilsin. Bəlkə elə sürücünün qəfil ürəktutması yaranıb? Yaxud hansısa ağır xəstəliyi var? Sürücü də bir insandır. Mənə elə gəlir ki, bu məsələdə kütləvi olaraq, sürücünü və ya şirkəti günahlandırmaq üçün araşdırmanın nəticəsini gözləmək lazımdır. Əgər doğrudan da şirkət işəgötürməni həyata keçiribsə, təbii ki, sağlamlıq haqqında arayış almalıdır. Hər bir işçini sağlamlıq arayışı ilə işə götürürlər. Əgər “Bolt” həmin işçini bu qaydada işə götürübsə, şirkətin hər hansı bir məsuliyyəti yoxdur. “Bolt” şirkətinin 1 sürücüyə görə fəaliyyətini dayandırmaq, ona qarşı “səlib yürüşünə” qalxmağın tərəfdarı deyiləm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Aprel 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri