Icma.az
close
up
RU
Borc verdiyi şəxsi qohumunun evinə basqına vadar etdi Zaqatalada dəhşətli cinayətin TƏFƏRRÜATI

Borc verdiyi şəxsi qohumunun evinə basqına vadar etdi Zaqatalada dəhşətli cinayətin TƏFƏRRÜATI

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Zaqatala rayonunda qəribə quldurluq hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çökəkoba kəndində baş verib. Rayonun Kebeloba kənd sakini Fərhad Vəliyevə övladını dünyaya gətirmək üçün pul lazım olub. Bu barədə dostu Vasiflə məsləhətləşib və o da Fərhada həmkəndliləri Asif Xanayevdən (ad və soyad şərtidir) borc almağı məsləhət görüb. Dostlar bu barədə Asifə müraciət edib. Asif Fərhada 2 000 manat, Vasifə isə 200 manat borc verib. Dostlar bildiriblər ki, pulu bir ay müddətində qaytaracaqlar.

Hadisədən bir ay keçsə də, dostlar həmin pulu qaytara bilməyiblər. Asif onları çağırıb pulunu tələb edib. Fərhad götürdüyü pulun 100 manatını qaytarsa da, digər hissəsini tapa bilmədiyi üçün Asifdən daha bir ay vaxt istəyib. Asif isə nə Fərhada, nə də Vasifə vaxt verməyərək onlardan pulu qaytarmalarını tələb edib.

Borc sahibi dostlara pulu qaytarmağın "yolu"nu da göstərib. Bildirib ki, Vasifin bibisi Umüküs Zəngiyeva bir neçə gün öncə rayon ərazisində 10 min manatlıq torpaq satıb və onun pulu var. Bunu eşidən Vasif plan qurub və bibisinin evinə basqın etməyi təklif edib. O bildirib ki, bibisi və onun əri qorxaqdır, əgər gecə vaxtı onların evinə basqın etsələr, ər-arvaddan istədikləri qədər pul ala biləcəklər.

Bu məqsədlə onlar oyuncaq tapança, yapışqan, qara kapron corab və digər vasitələr alıb gecə basqınına getməyə hazırlıq görüblər.

Gecə saat 3 radələrində dəstə üzvləri Asif Xanayevin avtomobili ilə adıçəkilən ünvana gedib. A.Xanayev özü küçədə dayanıb, Fərhad və Vasif açıq pəncərədən evə daxil olub. Onlar kapron corabla maskalanaraq yataq otağına keçib və "Təslim olun, banditizm!" deyərək Umüküs Zəngiyeva və onun həyat yoldaşını yuxudan oyadıb döşəməyə yıxıblar. Ardınca evə A.Xanayev daxil olub və üzərindəki oyuncaq tapançanı onlara tərəf tuşlayaraq evdəki pul və qızıl əşyaları tələb edib.

A.Xanayevin tələbi ilə Fərhad və Vasif ər və arvadın əllərini yapışqan lentlə bağlayıblar. A.Xanayev oyuncaq tapançanı silah qismində istifadə edərək ər və arvaddan pul və qızılların yerini soruşub. Amma onlar pullarının olmadığını bildiriblər. Bu vaxt dəstə üzvləri əlləri bağlı olan ər və arvadı təpik və yumruq zərbələri ilə döyməyə başlayıb.

Arvad və ər pulun yerini demədikdə, dəstə üzvləri kişinin cibindən 241 manat, qadının çantasından 52 manat, dəyəri 1000 manat olan iki ədəd üzüyü və qadının qulağından 342 manatlıq qızıl sırğanı götürüb hadisə yerindən qaçıblar.

Fərhad və Vasif həmin pul və əşyaları A.Xanayevə verərək borclarını ödəyiblər.

Hadisə barədə ailə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərhad və Vasif saxlanılıb. Dəstə üzvlərinin saxlanıldığını eşidən A.Xanayev izi itirmək üçün Balakən rayonu ərazisindən sərhədi keçərək Gürcüstana, oradan da Rusiyaya yollanıb.

Faktla bağlı cinayət işi başlanıb, Fərhadla Vasif həbs edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə cəza verilsə də, A.Xanayevin yeri müəyyən edilmədiyindən o, beynəlxalq axtarışa verilib.

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskvada saxlayaraq həbs edib və Azərbaycan tərəfinə təhvil veriblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xanayev 10 il azadlıqdan məhrum edilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri