Icma.az
close
up
RU
“Borçalı” İctimai Birliyinə yeni sədr seçildi Yeni Çağ Media

“Borçalı” İctimai Birliyinə yeni sədr seçildi Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

“Borçalı” İctimai Birliyinin növbəti toplantısı keçirilib. Birliyin təsisçisi və sədri yazıçı-jurnalist Şərif Kərimli ötən dövr fəaliyyəti ilə bağlı geniş məlumat verib, perspektiv planlardan danışıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də siyasi-coğrafi köklər birləşdirir. Qafqazın bu iki qədim xalqının dostluq ilişkilərinin çox qədim tarixi var. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkələrimizin çoxşaxəli müna­sibətlərində qarşılıqlı faydalı əmək­daş­lığın inkişafı qonşuluq siyasətinin prioritet istiqamətlərindəndir.

Tədbirdə birliyin yeni seçilmiş İdarə Heyətinin tərkibi və sədri toplantı iştirakçılarına təqdim edilib. İdarə Heyətinin yeni sədri, tanınmış şair-publisist Dəyanət Osmanlı “Borçalı” ictimai birliyinin fəaliyyətinin istiqamətləri barədə danışaraq bildirb ki, Azərbaycan-Gürcüstan döv­lətlərinin dostluq müna­si­bət­­ləri uğurla inkişaf edir. Azərbaycan nəinki siyasi, iqtisadi, sosial, mə­də­ni sahələrdə, eləcə də Gür­cüstan vətəndaşı olan azərbaycanlı gənclərin təhsili sahəsində mad­di və mənəvi yardımını əsirgəmir. Biz QHT olaraq dövlətlərimizin əməkdaşlığı çər­çi­və­sində soy­daşlarımızın dil, mədəniyyət, təhsil haqlarının, sosial-ictimai bə­ra­bərliklərinin qorunması təşəbbüslərinin dəstək­lən­mə­si, milli maraqlarımı­zın təbliği və təşvi­qi­ işinə daha fəal ictimai dəstək verməyi düşünürük. Gürcüstan QHT-ləri ilə əməkdaşlığı inkişaf etdirmək də fəaliyyət dairəmizə daxildir. Əsas məqsəd və­tən­dən kənarda və öz qə­­­­dim ta­rixi yurd­larında yaşayan soydaş­larımızın həm­rəylik, vətənpərvərlik ru­hu­nun yük­səlməsinə, qay­­­ğılarının öyrənilməsinə, milli, ictimai, ta­ri­xi, mə­də­ni-mənəvi dəyərlərinin qorunması işinə kömək etməkdir. Gürcüstan azərbaycanlılarının vəziyyəti iki­tərəfli münasibətlərə həmişə öz təsirini göstərib və bundan sonra da gös­tərəcəkdir. Bu amil­lərin həmişə Azərbaycan dövlətinin diq­­qət mər­kə­zin­də olması öz tarixi yurd yerlərində ya­şayan soy­daş­larımıza sahiblik hissinin ifadəsidir.

Birliyin İdarə Heyətinin üzvlərindən Qarabağ qazisi şair-publisist, əməkdar jurnalist Rəşid Faxralı, pedaqogika üzrə fəlsəfə doktoru , qazi şair-publisist Knyaz Aslan, fəlsəfə doktoru Razim Məmmədli, tanınmış jurnalist İradə Sarıyeva, qazi-jurnalist Paşa Babakərli, jurnalist Pünhan Əfəndiyev, heykəltəraş Cümşüd İbrahimli və digərləri Azərbaycan və Gürcüstan dövlətlərinin beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığını, bir-birilərinin ərazi bütövlüyünü dəstəkləməsini vurğulamış, Dünya azərbaycanlılarının həmrəyliyi, təşkilatlanması, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai, mədəni, sosial durumu yönündə vətəndaş cəmiyyətinin rolunun artırılması barədə fikir mübadiləsi aparıblar.

Şərif Kərimli quruma dönəm sədrliyində uğurlu fəaliyyətinə görə İdarə Heyəti tərəfindən “Borçalının fəxri” diplomu ilə təltif olunub.

Qeyd edək ki, sentyabrın 10-da Borçalı İctimai Birliyinin yeni sədri seçilən Dəyanət Osmanlı 1965-ci ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun müddət rəsmi dövlət mətbuatında çalışıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə birliyin İdarə Heyətinin üzvüdür. 2008-ci ildə Prezident təqaüdünə, bir neçə dəfə TÜRKSOY-un ödüllərinə layiq görülüb. 10 kitabın müəllifi, 100-dən çox nəşrin tərtibçi-müəllifi, redaktorudur. Dəyanət Osmanlı eyni zamanda fəal ictimaiyyətçi kimi tanınır. İndiyədək “Türk dünyası İnfo” İB-nin təsisçisi və sədri olaraq dövlət dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ictimai aktuallıq kəsb edən 14 layihə həyata keçirib.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 29 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri