Icma.az
close
up
RU
“Borçalı” İctimai Birliyinin yeni sədri seçilib

“Borçalı” İctimai Birliyinin yeni sədri seçilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Borçalı” İctimai  Birliyinin növbəti toplantısı keçirilib. Birliyin təsisçisi və sədri, yazıçı-jurnalist Şərif Kərimli ötən dövr fəaliyyəti ilə bağlı geniş məlumat verib, perspektiv planlardan danışıb.

Bildirilib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də siyasi-coğrafi köklər birləşdirir. Qafqazın bu iki qədim xalqının dostluq ilişkilərinin çox qədim tarixi var. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkələrimizin çoxşaxəli müna­sibətlərində qarşılıqlı faydalı əmək­daş­lığın inkişafı qonşuluq siyasətinin prioritet istiqamətlərindəndir.

Tədbirdə birliyin yeni seçilmiş İdarə Heyətinin tərkibi və sədri toplantı iştirakçılarına təqdim edilib. İdarə Heyətinin yeni sədri, tanınmış şair-publisist Dəyanət Osmanlı “Borçalı” ictimai birliyinin fəaliyyətinin istiqamətləri barədə danışaraq bildirb ki, Azərbaycan-Gürcüstan döv­lətlərinin dostluq müna­si­bət­­ləri uğurla inkişaf edir. Azərbaycan nəinki siyasi, iqtisadi, sosial, mə­də­ni sahələrdə, eləcə də Gür­cüstan vətəndaşı olan azərbaycanlı gənclərin təhsili sahəsində mad­di və mənəvi yardımını əsirgəmir. Biz QHT olaraq dövlətlərimizin əməkdaşlığı çər­çi­və­sində soy­daşlarımızın dil, mədəniyyət, təhsil haqlarının, sosial-ictimai bə­ra­bərliklərinin qorunması təşəbbüslərinin dəstək­lən­mə­si, milli maraqlarımı­zın təbliği və təşvi­qi­ işinə daha fəal ictimai dəstək verməyi düşünürük. Gürcüstan QHT-ləri ilə əməkdaşlığı inkişaf etdirmək də fəaliyyət dairəmizə daxildir. Əsas məqsəd və­tən­dən kənarda və öz qə­­­­dim ta­rixi yurd­larında yaşayan soydaş­larımızın həm­rəylik, vətənpərvərlik ru­hu­nun yük­səlməsinə, qay­­­ğılarının öyrənilməsinə, milli, ictimai, ta­ri­xi, mə­də­ni-mənəvi dəyərlərinin qorunması işinə kömək etməkdir. Gürcüstan azərbaycanlılarının vəziyyəti iki­tərəfli münasibətlərə həmişə öz təsirini göstərib və bundan sonra da gös­tərəcəkdir. Bu amil­lərin həmişə Azərbaycan dövlətinin diq­­qət mər­kə­zin­də olması öz tarixi yurd yerlərində ya­şayan soy­daş­larımıza sahiblik hissinin ifadəsidir.

Birliyin İdarə Heyətinin üzvlərindən Qarabağ qazisi şair-publisist, əməkdar jurnalist Rəşid Faxralı (Hüseynov), pedaqogika üzrə fəlsəfə doktoru , qazi şair-publisist Knyaz Aslan, fəlsəfə doktoru Razim Məmmədli, tanınmış jurnalist İradə Sarıyeva, qazi-jurnalist Paşa Babakərli (Əmircanov), jurnalist Pünhan Əfəndiyev, heykəltəraş Cümşüd İbrahimli və digərləri Azərbaycan və Gürcüstan dövlətlərinin beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığını, bir-birilərinin ərazi bütövlüyünü dəstəkləməsini vurğulamış, Dünya azərbaycanlılarının həmrəyliyi, təşkilatlanması, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai, mədəni, sosial durumu yönündə vətəndaş cəmiyyətinin rolunun artırılması barədə fikir mübadiləsi aparıblar. Şərif Kərimli quruma dönəm sədrliyində uğurlu fəaliyyətinə görə İdarə Heyəti tərəfindən “Borçalının fəxri” diplomu ilə təltif olunub.

Qeyd edək ki, sentyabrın 10-da Borçalı İctimai Birliyinin yeni sədri seçilən Dəyanət Osmanlı 1965-ci ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun müddət rəsmi dövlət mətbuatında çalışıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə birliyin İdarə Heyətinin üzvüdür. 2008-ci ildə Prezident təqaüdünə, bir neçə dəfə TÜRKSOY-un ödüllərinə layiq görülüb. 10 kitabın müəllifi, 100-dən çox nəşrin tərtibçi-müəllifi, redaktorudur. Dəyanət Osmanlı, eyni zamanda fəal ictimaiyyətçi kimi tanınır. İndiyədək “Türk dünyası İnfo” İB-nin təsisçisi və sədri olaraq dövlət dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ictimai aktuallıq kəsb edən 14 layihə həyata keçirib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri