Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

“Borçalı” İctimai Birliyinə yeni sədr seçilib

“Borçalı” İctimai Birliyinə yeni sədr seçilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Borçalı” İctimai Birliyinin növbəti toplantısı keçirilib. Birliyin təsisçisi və sədri yazıçı-jurnalist Şərif Kərimli ötən dövr fəaliyyəti ilə bağlı geniş məlumat verib, perspektiv planlardan danışıb.
Bildirilib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də siyasi-coğrafi köklər birləşdirir. Qafqazın bu iki qədim xalqının dostluq ilişkilərinin çox qədim tarixi var. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkələrimizin çoxşaxəli müna­sibətlərində qarşılıqlı faydalı əmək­daş­lığın inkişafı qonşuluq siyasətinin prioritet istiqamətlərindəndir.
Tədbirdə birliyin yeni seçilmiş İdarə Heyətinin tərkibi və sədri toplantı iştirakçılarına təqdim edilib. İdarə Heyətinin yeni sədri, tanınmış şair-publisist Dəyanət Osmanlı "Borçalı" ictimai birliyinin fəaliyyətinin istiqamətləri barədə danışaraq bildirb ki, Azərbaycan-Gürcüstan döv­lətlərinin dostluq müna­si­bət­­ləri uğurla inkişaf edir. Azərbaycan nəinki siyasi, iqtisadi, sosial, mə­də­ni sahələrdə, eləcə də Gür­cüstan vətəndaşı olan azərbaycanlı gənclərin təhsili sahəsində mad­di və mənəvi yardımını əsirgəmir. Biz QHT olaraq dövlətlərimizin əməkdaşlığı çər­çi­və­sində soy­daşlarımızın dil, mədəniyyət, təhsil haqlarının, sosial-ictimai bə­ra­bərliklərinin qorunması təşəbbüslərinin dəstək­lən­mə­si, milli maraqlarımı­zın təbliği və təşvi­qi­ işinə daha fəal ictimai dəstək verməyi düşünürük. Gürcüstan QHT-ləri ilə əməkdaşlığı inkişaf etdirmək də fəaliyyət dairəmizə daxildir. Əsas məqsəd və­tən­dən kənarda və öz qə­­­­dim ta­rixi yurd­larında yaşayan soydaş­larımızın həm­rəylik, vətənpərvərlik ru­hu­nun yük­səlməsinə, qay­­­ğılarının öyrənilməsinə, milli, ictimai, ta­ri­xi, mə­də­ni-mənəvi dəyərlərinin qorunması işinə kömək etməkdir. Gürcüstan azərbaycanlılarının vəziyyəti iki­tərəfli münasibətlərə həmişə öz təsirini göstərib və bundan sonra da gös­tərəcəkdir. Bu amil­lərin həmişə Azərbaycan dövlətinin diq­­qət mər­kə­zin­də olması öz tarixi yurd yerlərində ya­şayan soy­daş­larımıza sahiblik hissinin ifadəsidir.
Birliyin İdarə Heyətinin üzvlərindən Qarabağ qazisi şair-publisist, əməkdar jurnalist Rəşid Faxralı, pedaqogika üzrə fəlsəfə doktoru , qazi şair-publisist Knyaz Aslan, fəlsəfə doktoru Razim Məmmədli, tanınmış jurnalist İradə Sarıyeva, qazi-jurnalist Paşa Babakərli, jurnalist Pünhan Əfəndiyev, heykəltəraş Cümşüd İbrahimli və digərləri Azərbaycan və Gürcüstan dövlətlərinin beynəlxalq təşkilatlarda faydalı əməkdaşlığını, bir-birilərinin ərazi bütövlüyünü dəstəkləməsini vurğulamış, Dünya azərbaycanlılarının həmrəyliyi, təşkilatlanması, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai, mədəni, sosial durumu yönündə vətəndaş cəmiyyətinin rolunun artırılması barədə fikir mübadiləsi aparıblar.
Şərif Kərimli quruma dönəm sədrliyində uğurlu fəaliyyətinə görə İdarə Heyəti tərəfindən “Borçalının fəxri” diplomu ilə təltif olunub.

Qeyd edək ki, sentyabrın 10-da Borçalı İctimai Birliyinin yeni sədri seçilən Dəyanət Osmanlı 1965-ci ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun müddət rəsmi dövlət mətbuatında çalışıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə birliyin İdarə Heyətinin üzvüdür. 2008-ci ildə Prezident təqaüdünə, bir neçə dəfə TÜRKSOY-un ödüllərinə layiq görülüb. 10 kitabın müəllifi, 100-dən çox nəşrin tərtibçi-müəllifi, redaktorudur. Dəyanət Osmanlı eyni zamanda fəal ictimaiyyətçi kimi tanınır. İndiyədək “Türk dünyası İnfo” İB-nin təsisçisi və sədri olaraq dövlət dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ictimai aktuallıq kəsb edən 14 layihə həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see290

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see286

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see269

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see265

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see241

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see232

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see217

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see216

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see215

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see211

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see201

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see196

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see179

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see174

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri