Icma.az
close
up
RU
Borçalının folklorşünas oğlu

Borçalının folklorşünas oğlu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakı mətbəəsi” ASC-də yeni çapdan çıxmış “Əsərləri tarixdə, özü xatirələrdə...” kitabında mərhum folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin 80 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərin materialları, onun oçerkləri, məqalələri, aşıq sənəti haqqında müsahibələri və haqqında yazılmış xatirələr toplanıb.

Elxan Məmmədli 3 monoqrafiya, 3 şeirlər kitabının müəllifidir, folklora dair 30-dan artıq kitab tərtib edib, 50 kitabın redaktoru və rəyçisi olub. Ona həsr olunan kitabı iqtisad elmləri namizədi, dosent Eldar Hüseynquluoğlu tərtib edib, redaktoru isə akademik Muxtar ­Kazımoğludur.

Toplunun tərtibçisi “Ön söz”də yazır ki, bu, dünyasını dəyişəndən sonra    Elxan Məmmədlinin müəllifi olduğu və haqqında yazılanlardan ibarət 4-cü kitabdır. Buna qədər “Aşıq sənəti: dünən, bu gün və sabah”, “Saz üstündə köklənmişəm və “Sarıtel” ünvanlı Elxan Məmmədli” kitabları işıq üzü görüb. “Əsərləri tarixdə, özü xatirələrdə...” kitabı isə o, haqq dünyasına qovuşandan bir neçə ay sonra keçirilmiş yubiley məclislərinin, haqqında çəkilmiş verilişlərin, araşdırma yazılarının məcmusudur.

Kitabın ayrı-ayrı bölmələrində Muxtar İmanov, Mahmud Allahmanlı, Feyzi Fərəcullayev, Rəşid Faxralı, Ramiz Həsənov, Həzi Həsənli, Musa Nəbioğlu və onlarla başqa müəllifin Elxan Məmmədli ilə bağlı duyğu və düşüncələri əksini tapıb. Bütün xatirələri birləşdirən ən ümdə, ümumi cəhət mərhum folklorşünas, elm fədaisi və şairin haqqında səmimi dəyərləndirmələrdir. Müəlliflər onun AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı kimi çoxşaxəli fəaliyyətindən, xalq yaradıcılığı qaynaqları ilə bağlı fədakar araşdırmalarından və yüksək insani keyfiyyətlərindən səmimiyyətlə söhbət açırlar.

Elxan Məmmədlinin dünyaya gəlişi tarixi bir təqvim gününə təsadüf edib. O, 1946-cı il yanvarın 1-də Borçalı mahalının Faxralı kəndində anadan olub. Qayım-qədim yurdun Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev kimi ustad aşıqlarını çox dinləyib. Atası Hüseynqulu Məmmədlidən  ustad dərsi alıb. Hüseynqulu müəllimin ­Qorqudşünaslığa dair kitabı və çoxsaylı məqalələri nadir estetik folklor nümunələridir. Beləcə, Elxan el-obasının, nənə-babasının, ana-atasının könül əsintiləri olan müdrik kəlamlarla zənginləşib və həyatını filologiyaya həsr edib. Yetkin-bitkin, gözü-könlü dolu alim-şair 2025-ci il martın 21-də  işıqlı dünyaya əlvida deyib. Daim sazla, sözlə bir ahəngdə yaşamış zəhmətkeş qələm sahibinin, gözəl ziyalının ömrünü həsr etdiyi milli folklor örnəklərinin sərgiləndiyi Novruz bayramı günündə haqqa qovuşması da,  sanki, bir İlahi lütfü idi. 

Elxan Məmmədlinin eloğlusu, ­şair-publisist Həzi Həsənli  məqaləsində alimin aşıq sənətinin təbliğinə bir ömür həsr etdiyini bildirir: “O, əvvəlcə Azərbaycan radiosunda “Bulaq” verilişinin aparıcı müəlliflərindən biri kimi fəaliyyətə başladı. Yaradıcı ömrünün 10 ildən çoxunu “Bulağ”a həsr etdi. Sonra isə fəaliyyətini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində davam etdirdi. Həmin dövrdə tədqiqatçı-alim kimi bir sıra folklor nümunələrinin işıq üzü görməsində yorulmadan çalışdı. İki cilddən ibarət “Azərbaycan aşıqları və el şairləri”, “Azərbaycan bayatıları”, “Cinaslar”, “Bayatı, qoşma, təcnis”, “Borçalı şair Nəbi” adlı kitabların tərtibi və toplanması da onun əməyinin məhsuludur. Daha sonra üçcildlik “Borçalı folkloru” kitablarını nəşr etdirdi”. 

Kitabı oxuduqca Elxan Məmmədlinin, sözün əsl mənasında, aşıqşünas olduğunu bir daha görürük. O, klassik ustadlarla yanaşı, XX əsrdə Borçalıda, Göyçədə, Şirvanda, Naxçıvanda, Dərələyəzdə, Gəncəbasarda, eyni zamanda, Təbriz-Qaradağda, Urmiyada, Zəncanda yaşayıb-yaradan  aşıqların ömür və sənət yolunu canlı şəkildə öyrənən yorulmaz araşdırmaçı  olub. 

Xatirə gecəsində çıxış edən dostu – jurnalist Mehman Vəliyevin onun haqqında söylədikləri də topluda yer alıb. Mehman müəllim elmi yaradıcılığına dərindən bələd olduğu Elxan Məmmədlini dövrümüzün Firidun bəy Köçərlisi, Salman Mümtazı, Vəli Xuluflusu kimi təqdim edərək, fikrini konkret faktlarla əsaslandırıb. Biz də inanırıq ki, fədakar fəaliyyətinə belə sanballı dastanlar bağlanan Elxan Məmmədli də sələfləri kimi, ədəbiyyatşünaslıq tarixində parlaq imza kimi daim qalacaq. 

Əli NƏCƏFXANLI     
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri