Boris Nemtsovun qızı barəsində qiyabi həbs qərarı verildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Moskvanın Zamoskvoretski Məhkəməsi rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanı qiyabi həbs edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, imkan qətimkan tədbiri J. Nemtsova Rusiya ərazisində saxlanıldığı və ya ölkəyə deportasiya olunduğu andan qüvvəyə minəcək və o, 2 ay müddətinə istintaq təcridxanasında saxlanılacaq. Boris Nemtsov Adına Azadlıq Fondunun həmtəsisçisi olan Janna Nemtsova arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunur.
Qeyd edək ki, iyulun 21-də məhkəmə rusiyalı bloqer Mixail Svetov barəsində də analoji olaraq qiyabi həbs qərarı çıxarmışdı.
Bu mövzuda digər xəbərlər:Rusiyada Boris Nemtsovun qızı qiyabi həbs olundu KONKRET
03 Avqust 2026 11:38
Nemtsovun qızı beynəlxalq axtarışa verildi
17 Sentyabr 2026 15:40
Boris Nemtsovun qızı Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
02 Oktyabr 2026 19:13
Rusiyada Nemtsovun qızı ilə bağlı sərt qərar
02 Oktyabr 2026 23:09
İmamoğlu barəsində həbs qərarı verildi
23 Mart 2025 11:21
Baxış sayı:141
Bu xəbər 31 İyul 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















