Borussiya dan Real a keçə bilər
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Real" müdafiə xəttini gücləndirmək üçün "Borussiya"nın futbolçusunu hədəfə alıb.
QOL.az "AS" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" "Borussiya" (Dortmund) və Almaniya millisinin mərkəz müdafiəçisi Niko Şlotterbekin transferinə maraq göstərir. Məlumata görə, Madrid təmsilçisi 26 yaşlı müdafiəçinin oyunundan tam razıdır və onu transfer siyahısının ilk sırasına daxil edib.
Müvafiq transferə maraq göstərilməsi isə David Alaba və Antonio Rudigerin müqavilələrinin mövsümün sonunda başa çatması və hər iki oyunçunun azad agent kimi komandadan ayrılma ehtimalı ilə bağlıdır.
Qeyd edək ki, Almaniya millisinin üzvü ilə "Barselona" da yaxından maraqlanır. Hans-Diter Flikin Şlotterbekin transferi üçün rəhbərliyə müsbət rəy verdiyi bildirilir. Lakin kataloniyalıların hücumçu transferinə üstünlük verməsi və futbolçunun 50 milyon avroluq qiyməti "Barselona" üçün maneə yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Fevral 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















