Icma.az
close
up
RU
“Borussiya”nın uğuru, “Leyptsiq”in fiaskosu, Keynin rekordu...

“Borussiya”nın uğuru, “Leyptsiq”in fiaskosu, Keynin rekordu...

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Adəti üzrə bundesliqada son turun oyunları eyni gündə və eyni saatda keçirildi.

Son tur ərəfəsində əsas intriqa ÇL-ə vəsiqə uğrunda yaşanırdı. 3-4-cü pillələrdə qərarlaşan klublar, yəni “Ayntraxt”la “Frayburq” bir-biri ilə oynadığından “Borussiya”ya ÇL-ə vəsiqə qazanmaq üçün “Holştayn”ı evdə iki top fərqilə yenmək kifayət edirdi.
Gözlənildiyi kimi, “arılar” bu çətin olmayan vəzifənin öhdəsindən artıqlamasıyla gəldilər. Çünki elitadan düşməsi hələ ötən tur rəsmiləşən “Holştayn” Dortmundda artıq 9-cu dəqiqədə azlıqda qaldı. Girassi 21-ci qolunu vurmaqla adını klub tarixinə yazdırdı. O, “Borussiya”nın heyətində ilk mövsümdə bundesliqada ən çox qol vuran futbolçuya çevrildi!
Bundan başqa, Dortmund təmsilçisi 3 xallıq sistemdə ikinci dövrənin gedişində “ÇL zonası”ndan ən azı 10 xal geridə ola-ola, mövsümü ilk “4-lük”də tamamlamağı bacaran ikinci komandadı. Daha öncə bunu 2018/19-da “Bayer-04” bacarmışdı.
Frayburqdakı oyunda isə meydan sahibləri fanatlarını üzdü. “Ayntraxt” səfərdə 3:1 hesablı inamlı qələbə ilə 3-cü pilləni əldən vermədi. Bu nəticəni ədalətli saymaq olar. Çünki “qartallar” mövsümün böyük hissəsini “ÇL zonası”nda keçirmişdilər. Son 32 ildə ilk dəfə mövsümü ilk “4-lük”də tamamlayan “Ayntraxt” ikinci dəfə ÇL-də oynamaq hüququ qazandı. İlk dəfə komanda bu hüququ 2022-də Avropa Liqasının qalibi olmaqla əldə etmişdi.
Motivasiyasız “Bayer-04” “Maynts-05”lə səfər oyununda fasiləyə geridə yollansa da, ən azı uduzmamağı bacardı. Bu nəticə ilə leverkuzenlilər mühüm bir göstəriciyə imza atdılar. Belə ki, komanda bu turnirdə səfərdəki məğlubiyyətsiz seriyanı 34 oyuna çatdırmaqla (23 qələbə, 11 heç-heçə) “Bavariya”nın 2013-də müəyyənləşdirdiyi rekordu yenilədi. Göründüyü kimi Xabi Alonso gedərkən daha bir rekordun sahibi oldu. “Leyptsiq”i əminliklə mövsümün əsas fiaskosu adlandırmaq olar. “Öküzlər” ötən tur 2018-dən bəri ilk dəfə ÇL-ə vəsiqə qazana bilməmişdi. Sən demə, bu, son deyilmiş. Bu dəfə “Leyptsiq” evdə “Ştutqart”a da uduzdu. Bununla da komanda elitada oynamağa başladığı vaxtdan, yəni 2016-cı ildən bəri ilk dəfə avrokuboklara vəsiqə qazana bilmədi!
Motivasiyasız “Bavariya” son turda gözlənilmədən səfərdə “Hoffenhaym”ı darmadağın etdi. Halbuki “kəndçilər” bundesliqada qalmağı hələ tam rəsmiləşdirməmişdilər. Komanda 4 cavabsız qol buraxmaqla mövsümü -22 top fərqi ilə tamamladı. “Hoffenhaym”dan 3 xal geridə olan “Haydenhyaym”ın bu turdan öncə top fərqi -24-ə bərabər idi. Yəni komanda “Verder”i 3 top fərqi ilə yensəydi, pley-off zonasına məhz ”Hoffenhaym” geriləyəcəkdi. Amma “Haydenhaym” əksinə, özü darmadağın oldu. İndi bu komanda 2-ci bundesliqada 3-cü yeri tutan “Elversberq” ilə pley-off matçı keçirməli olacaq.
Sonuncu pillədəki “Bohum”un mövsümü qələbə ilə başa vurması diqqəti çəkdi. Mövsümün sonluğunu faciəvi keçirən Münhenqladbax “Borussiya”sı ilə “Auqsburq” son turda da zəif təsir bağışladı. Hər iki kollektiv evdə məğlub oldu.
34-cü tur
Hoffеnhaym – Bavariya 0:4

Olise, 33. Kimmix, 53. Qnabri, 80. Keyn, 86. (30150)
Bavariya: Noyer, Laymer (Boe, 67), Dayer (Vidoviç, 86), Stanişiç, Gerreyro (Qoretska, 67), Kimmix, Pavloviç, Olise, Qnabri, Koman (Sane, 61), Müller (Keyn, 61).
Maynts-05 – Bayеr-04 2:2
Nebel, 35. Burkardt, 63-p. – Şik, 49-p.; 54. (33000)
Bayer-04: Qradetski, Tella, Tapsoba, Ta, İnkapye, Qrimaldo (Artur, 25), Palasios, Qarsiya (Buendia, 87), Hofmann (Andrix, 46), Virts, Şik.
Borussiya D – Holştayn 3:0
Girassi, 3-p. Zabitser, 47. F.Nmeça, 72. (80000)
Borussiya: Kobel, Ryuyerson, Zyule (Əmrə Can, 79), Anton, Bensebayni, Svensson, Zabitser, F.Nmeça (Reyna, 79), Brandt (Gittens, 85), Adeyemi (Çukvuemeka, 71), Girassi (Dyuranvill, 85).
Lеyptsiq – Ştutqart 2:3
Simons, 8. Baku, 44 – Dəniz Undav, 23. Voltemade, 57. Demiroviç, 78. (47800)
Leyptsiq: Qulaçi, Qeertruyda, Zayvald, Bitşiabu, Raum, Kamlp, Vermeeren (Baumqartner, 77), Baku, Simons, Qomis (Poulsen, 67), Nusa (Openda, 77).
Frayburq – Ayntraxt F 1:3
Doan, 27 – Knauff, 45+4. Kristensen, 61. Skiri, 63. (34700)
Ayntraxt: Trapp, Kristensen, Kollins, Kox, Teate, Braun, Larsson, Skiri (Amenda, 83), Knauff (Vahi, 89), Çaibi (Höylunn, 66), Ekitike (Batşuayi, 89).
Borussiya M – Volfsburq 0:1
L.Nmeça, 50. (54042)
Haydenhaym – Verder 1:4
Kerber, 80 – Şmid, 14. Staqe, 33. Dukş, 66. Topp, 86. (15000)
Auqsburq – Union 1:2
Tits, 41 – İliç, 69; 90+4. (30660)
Sankt Pauli – Bohum 0:2
Boadu, 10; 66. (29546)
Yekun cədvəl
1. Bavariya 34 25 7 2 99-32 82
2. Bayer-04 34 19 12 3 72-43 69
3. Ayntraxt F 34 17 9 8 68-46 60
4. Borussiya D 34 17 6 11 71-51 57
5. Frayburq 34 16 7 11 49-53 55
6. Maynts-05 34 14 10 10 55-43 52
7. Leyptsiq 34 13 12 9 53-48 51
8. Verder 34 14 9 11 54-57 51
9. Ştutqart 34 14 8 12 64-53 50
10. Borussiya M 34 13 6 15 55-57 45
11. Volfsburq 34 11 10 13 56-54 43
12. Auqsburq 34 11 10 13 35-51 43
13. Union 34 10 10 14 35-51 40
14. Sankt Pauli 34 8 8 18 28-41 32
15. Hoffenhaym 34 7 11 16 46-68 32
16. Haydenhaym 34 8 5 21 37-64 29
17. Holştayn 34 6 7 21 49-80 25
18. Bohum 34 6 7 21 33-67 25
Bombardirlər: Keyn (Bavariya) – 26, Girassi (Borussiya D), Şik (Bayer-04) – 21, Burkardt (Maynst-05) – 18, Klayndinst (Borussiya M) – 16.
Turun rəqəmi
2 – Keynin bundesliqada ikinci mövsümü məhsuldarlıq baxımından birincidən geri qaldı. Ötən mövsüm o, budəfəkindən 10 qol artıq – 36 top vurmuşdu. Amma İngiltərə yığmasının kapitanı karyerasında ilk titulunu məhz bu mövsüm qazandı. O, daha bir göstərici ilə adını turnirin tarixinə yazdırdı. Belə ki, indiyə qədər bundesliqada ilk iki mövsümünün hər birində bombardir olmağı bacaran futbolçu olmamışdı!
Turun ulduzu
Maykl Olise (Bavariya) – fransalı vingerin Almaniyada ilk mövsümü çox uğurlu alındı. O, bütün mövsüm ərzində olduğu kimi, Zinshaymda da əla təsir bağışlayaraq qələbəyə 1 qol, 1 məhsuldar ötürməlik töhfə verdi. Olise bundesliqada mövsümü 12 qol, 15 məhsuldar ötürmə göstəricisi ilə tamamladı. O, son 20 ildə bundesliqada debüt mövsümündə həm qol sayı, həm də məhsuldar ötürmə baxımından 12-yə çatan ikinci futbolçu oldu. Daha öncə bunu 2006/07-də “Verder”in heyətində Dieqo (13 qol, 13 məhsuldar ötürmə) bacarmışdı.
Turun sitatı
Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Mən də, bütün komanda da, fanatlarımız da xoşbəxtik. Sonuncu addımı atmaq bəzən çətin olur. Amma biz bu addımı atmağı bacardıq. Hərçənd qələbəni çox da şişirtməyin əleyhinəyəm. Çünki biz yalnız ÇL-ə vəsiqə qazandıq. Qarşıya qoyulan hədəfə çatsam da, mən bunu təkbaşıma bacarmadım. Bu uğurda əsas pay futbolçularındı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 May 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri