Icma.az
close
up
RU
Boş qalan yüksək vəzifələr: yeni təyinatlar olacaq Açıqlama

Boş qalan yüksək vəzifələr: yeni təyinatlar olacaq Açıqlama

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda hələ də bir sıra qurumlarda rəhbər postu boş qalıb. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti belə dövlət orqanlarındandır.

Boş qalan vəzifələrə təyinatlar niyə gecikir? Vəzifələrin bu qədər boş qalması idarəetmədə hansı problemlər yarada bilər?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, hazırda kadr çatışmazlığı var:

Tural Abbaslı

“Bu, ya etimadsızlıq, ya da işbilən kadrların azlığından irəli gəlir. Bəzi şəxslər bir neçə ağır vəzifəni icra edirlər. Düşünürəm ki, bu məsələdə partiyaların fəaliyyətinin ikinci plana düşməsi mənfi mənada rol oynayır. Faktiki olaraq, Azərbaycanda bütün partiyaların işi iflic vəziyyətdədir. Bura bir çox nüanslar daxildir – partiyaların dövlət tərəfindən maliyyələşməsindən tutmuş, bilərək proseslərdən kənarda saxlanılmasına qədər… Belə olan halda, yeni kadrlar kəşf edilmir. Kadrlar necə tapılır? Sorğumu keçirilməlidir və ya müsabiqəmi elan edilməlidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin postuna adam axtarılır? Düzdür, indi “Yüksəliş Müsabiqəsi” adlı layihə var və insanları ora cəlb etmək istəyirlər. Etiraf edirlər ki, burdakı iştirakçılar kadr bankı kimi saxlanılacaq. Amma belə olmalı deyil. Partiyalar kadrlar yetişdirməlidir. Zamanında təyinatlar olmayanda problemlər müşahidə edilir. İcra başçısı yoxdur, onun müavini düşünmürəm ki, quruma rəhbərlik edə bilsin. Yəqin ki, şikayətçilərə “başçı müəyyən olunanda gəlin”, deyilir. Eynilə nazirlikdə də vəziyyət belədir. Fikrimcə, partiyaların rolu artırılmalıdır”.

REAL partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda daha əvvəl də bəzi vəzifələr hətta aylarla boş qalıb:

Natiq Cəfərli

“Bunlarla bağlı ictimaiyyətə rəsmi açıqlama verilsə, yaxşı olardı. Çünki ən azı spekulyasiyalara son qoyulardı. Güman ki, yaxın zamanlarda boş qalmış yerlərə təyinatlar olacaq. Bu, təbiidir. Həmin təşkilatların işi elə qurulub ki, hətta nazir olmadan belə çalışa bilirlər. Yəni belə təəssürat yaranır. Əlbəttə, vacib postlara təyinatın gecikməsi şayiələrə yol açır”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri