“Günlərdir su boş boşuna axır” Rəsmi açıqlama
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Günlərdir küçəmizdəki borudan su boş-boşuna axıb zay olur. Bütün küçə suyun altında qalıb. Bu qədər axan suyun pulunu kim ödəyəcək?”
Bu şikayətlə “Qafqazinfo”ya Sahil qəsəbəsi Emin Quliyev küçəsində yaşayan Əfiqə Məmmədova müraciət edib.
Onun sözlərinə görə, küçədə su borusu üç fərqli yerdən partlayıb və günlərdir su küçəyə axır: “Borulardan ikisini neçə gün sonra gəlib düzəltdilər. Bəzən də təzə asfaltlanan yerləri qazırlar. Eyni problem bu küçənin təxminən 50 metrliyində yerləşən daha iki küçədə var”.
Ə.Məmmədova bildirib ki, bir müddət əvvəl ərazidə sayğaclarla bağlı yoxlamalar aparılıb: “Bizdə oğurluq su yoxdur. Sayğacımız da düzgün işləyir. Həyətdə köhnə, işləməyən bir boru olub. Bir ay sonra gəlib 240 manat cərimə yazıblar. Su qıtlığı olan bir vaxtda günlərdir küçələrə boş yerə su axır, israf olur. Bu, ərazidə baş verən ilk belə hal deyil. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Küçənin hər tərəfi bu vəziyyətdədir. İki-üç günə düzəldəcəklər, ya bir həftəyə, bunu bilmirik. Amma suyun günlərlə boşuna axması yolverilməzdir”.
Sözügedən şikayətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) ünvanladığımız sorğuya belə cavab aldıq: “Qəza zamanı axıntı varsa, həmin axıntı heç kimin sayğacından keçmir və heç kimə borc yazılmır. Qəzalı borular təmir edilib, digər boruya da baxılacaq”.
Fatimə Şahverdiyeva


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















