Boşalmış şəhəri sürücüsüz avtomobil poliqona çevirdilər FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın müxtəlif ölkələrində sürücüsüz avtomob illərin sınaqları qapalı şəraitdə həyata keçirilir. Kaliforniyada bu məqsədlə tərk edilmiş hərbi bazadan istifadə edilir. Cənubi Koreyada bu məqsədlə 39 hektar ərazidə mini şəhər tikilib, daha doğrusu imitasiya olunub. Çində isə vəziyyət fərqlidir.
Avtosfer.az xəbər verir ki, dünyada kömürün ucuzlaşması ilkə Çinin Ordos şəhəri də müflisləşib. Vaxtilə həyat qaynayan şəhərdəki tikililərin 70 faizi yarımçıq qalıb.
Lakin şəhər rəhbərliyi boş dayanmayıb. Boşalmış küçələri sürücüsüz avtomobillər üçün poliqona çevrilərək şəhərə investisiya cəlb edilib. Kömür mədənləri yaxınlığındakı dağılmış yollar isə əlavə olaraq pilotsuz yük avtomobilləri üçün əsl meydandır.
Əhalinin az olduğu real şəhərdə sınaq aparmaq daha yaxşı nəticə əldə etməyə imkan verir. Bu testlər piyadalar üçün də minimal risk yaradır. Digər tərəfdən, milyonlarla dollar vəsait xərcləyərək poliqon tikmək zərurəti də aradan qalxır.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















