Icma.az
close
up
RU
Boşanma hallarının artması ciddi narahatlıq doğurur SOS

Boşanma hallarının artması ciddi narahatlıq doğurur SOS

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda “Aliment Fondu” yaradılmalı, ödəniş fasiləsiz təmin edilməlidir

Mehriban Zeynalova: “Kişilərin valideyn məsuliyyəti uşaqlıqdan formalaşdırılmalıdır, maarifləndirmə genişləndirilməlidir”

"Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət zorakılığı haqqında” qanunların icrası istiqamətində dövlət proqramları hazırlanıb və tədbirlər həyata keçirilir. Ailə siyasətinin milli-mənəvi dəyərlərimizə əsaslanaraq formalaşdırılması da önəmli vəzifələrdəndir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr müavini vurğulayıb ki, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb: “Aliment ödəməli olan ata və kişilərin sayında da artım müşahidə olunur. Lakin alimentlərin ödənilməməsi, qadınların və uşaqların rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər”.

S.Qəhrəmanovanın sözlərinə görə, komitə bu sahədə təhlillər aparıb və müəyyən edib ki, yerli qurumların – xüsusilə bələdiyyələrin bu istiqamətdəki işi daha da təkmilləşdirilməlidir: “Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biri də bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə risk qrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişət zorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həmin ailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində də prioritet olmalıdır”.

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında boşanma hallarının artmasının ciddi narahatlıq doğurduğunu deyib: “Boşanmalarla bağlı kifayət qədər məlumatlar alırıq və tərəflərin bir-birinə münasibətində dözümsüzlüyü müşahidə edirik. Mən həmişə deyirəm ki, insanlar bir-birində ideal obraz yaradırlar, lakin sonradan real obrazı qoruyub saxlaya bilməyəndə tərəflər arasında anlaşılmamazlıq yaranır, gözləntilər üst-üstə düşmür.

Boşanmalara səbəb kimi iqtisadi çətinliklər də göstərilə bilər. Təbii ki, sosial və iqtisadi çətinliklər də olur. Psixoloji münasibətlər də önəmlidir. Məsələn, əvvəldən qeyd etdiyim dözümsüzlük, bir-birinə güzəşt etməmək, bir-birini dinləməmək, eqoların toqquşması bütün bunlar ailə münasibətlərinə öz təsirini göstərir”.

Aliment məsələsinə gəldikdə isə M. Zeynalova deyib ki, bu, təkcə ailə münasibətləri ilə bağlı sosial məsələ deyil, bu, həm də qadın və uşaqların iqtisadi təhlükəsizliyinə təsir edən mühüm faktordur:

“Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri yaşanır. Bir çox hallarda aliment öhdəliklərini yerinə yetirməyən şəxslər cəzasız qalır və bu, iqtisadi zorakılığın davamlı xarakter almasına gətirib çıxarır. Aliment ödəməli olan tərəf cürbəcür bəhanələrlə ödənişi həyata keçirmək istəmir. Bunun üçün obyektiv və subyektiv səbəblər tapırlar. Bu sahədə qanunvericilik səviyyəsində mexanizmlər olsa da, onların icrasında ciddi boşluqlar qalmaqdadır. Bəzi kişilər alimenti ödəməmək üçün qeyri-rəsmi işləyir və ya gəlirlərini gizlədir. Nəticədə qadın və uşaqların maddi durumu pisləşir, onların sosial asılılığı artır. Ona görə də bu problem cəmiyyətimizi haqlı olaraq narahat edir. Hesab edirəm ki, bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də “Aliment Fondu”nun yaradılmalıdır ki, alimentin verilməsində fasiləsizliyi təmin edilsin. Burada təkcə inzibati tədbirlərlə kifayətlənmək olmaz. Yerli icra qurumları, bələdiyyələr və ictimai təşkilatlar birgə işləməli, aliment öhdəliklərindən yayınan şəxslərlə bağlı sosial məsuliyyət mexanizmləri gücləndirilməlidir. Eyni zamanda, bu məsələ ilə bağlı maarifləndirici fəaliyyət genişləndirilməli, kişilərin ailə və valideyn məsuliyyəti mövzusunda tərbiyəsi uşaqlıqdan formalaşdırılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri