Icma.az
close
up
RU
Boşanmadan sonra krediti kim ödəyir? AÇIQLAMA

Boşanmadan sonra krediti kim ödəyir? AÇIQLAMA

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Boşanma hallarında təkcə emosional deyil, maddi məsələlərin də həlli çətinlik yaradır. Xüsusilə, nikah müddətində götürülmüş kreditlərin taleyi bir çox ailə üçün sual doğurur. 

Ər-arvad boşanarkən krediti kim ödəyir? Məsələ ilə bağlı hüquqi mexanizmlər və məhkəmə təcrübəsi nəyi nəzərdə tutur?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən vəkil Turan Abdullazadənin sözlərinə görə, kredit müqaviləsi kimin adınadırsa, kreditor qarşılığında öhdəlikləri o icra etməlidir.

T.Abdullazadə nəzərə çatdırıb ki, bu barədə “Qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pleniumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunub:

“Kredit müqaviləsi üzrə tərəf olan ərin və yaxud arvadın faktiki nikah münasibətlərinə xitam verildikdən və nikah pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən olunarsa, ödəyən tərəf (ər və yaxud arvad) qarşı tərəfdən ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsini tələb edə bilər.

Bu zaman məhkəmə həmin şəxsin iddiasını təmin edə bilər. O da qeyd olunmalıdır ki, ər və ya arvaddan birinin bağladığı müqavilə üzrə əldə olunmuş vəsait ailə ehtiyaclarına sərf olunubsa, ər və arvad birlikdə kreditor qarşısında borclu qismində çıxış edirlər. Yəni, nikah dövründə ər və arvadın biri tərəfindən götürülmüş borc ailə ehtiyacları üçün sərf olunubsa, kredit müqaviləsi üzrə onların hər ikisi məsuliyyət daşıyır, hər ikisi borclu qismində çıxış edir və kredit müqaviləsi üzrə borcunu ödəməlidir”.

Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri