Icma.az
close
up
RU
Boşanmaların arxasındakı gizli oyunlar: Ailələr bu məqsədlə “dağıdılır”

Boşanmaların arxasındakı gizli oyunlar: Ailələr bu məqsədlə “dağıdılır”

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bəzi ekspertlərin fikrincə, ölkəmizdə boşanmaların bir hissəsi ərlə arvadın qarşılıqlı anlaşmazlığı yox, sosial və iqtisadi problemlərin həlli məqsədilə süni şəkildə baş verir. İpoteka krediti almaq, sosial müavinətlərdən yararlanmaq, əmlak bölgüsü və ya borcdan yayınmaq kimi səbəblər bir çox ailəni bu addımı atmağa vadar edir. Lakin bu hallar ailə institutuna olan etimadı ciddi şəkildə sarsıda bilər.

Bəs doğrudanmı süni boşanmalar mövcuddur? Belə sui-istifadə halları hansısa şəkildə müəyyən edilə bilərmi?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, boşanmalarla bağlı son vaxtlar cəmiyyətə təqdim olunan izahların bir çoxu problemin əsl mahiyyətindən uzaqdır.

Onun sözlərinə görə, əksəriyyət bu prosesi hansısa sosial yardımlar, vətəndaşlıq almaq və ya əmlak bölgüsü ilə əlaqələndirir:

“Bəli, belə nümunələr var. Amma gəlin reallığa baxaq: bu amillər boşanma statistikasında cəmi çox cüzi bir faiz təşkil edir. Onları əsas səbəb kimi təqdim etmək kökündən yanlışdır. Bunlar sadəcə detallardır. Məsələn, elə hallar olur ki, məcburi köçkün statusu olan bir şəxs, məcburi köçkün olmayan biri ilə evlənir və əmlak bölgüsü, yaxud qayıdış prosesi çərçivəsində müvəqqəti boşanma qərarı verir. Bunlar məqsədli addımdır. Amma bu, saxta boşanma kateqoriyasına daxildir və ümumi boşanma statistikasında olduqca kiçik yer tutur”.

Sosioloq vurğulayıb ki, rəqəmlər tamamilə fərqli mənzərəni göstərir:

Həmçinin oxuyun:

Azərbaycanda cehiz ləğv edilə bilər? – Ailələr qurulmadan faciələr ona görə yaşanır ki…

Üzeyir Şəfiyev

“2024-cü ildə 49 508 nikah bağlandığı halda, 21 384 boşanma qeydə alınıb. Bu rəqəmlər onu deməyə əsas verir ki, məsələ fərdi məqsədlər üçün atılan addımlardan yox, daha dərin və sistemli sosial problemlərdən qaynaqlanır. Məncə, əsas problem nikahların təməlində dayanıqlığın olmamasıdır. Bəzən xaricdə vətəndaşlıq almaq, bəzən də sosial yardım əldə etmək üçün ailə qurulub sonra dərhal boşanılır. Saxta evliliklər və saxta boşanmalar da var. Nikah və boşanma tarixlərini müqayisə etdikdə bəzi hallarda məqsədli qurulmuş münasibətlər açıq görünür. Amma bütün bu hallar ümumi boşanma problemini izah etməyə kifayət etmir. Əksinə, Azərbaycanda boşanmalar artıq kütləvi və xroniki sosial hal alıb. Bu prosesin kökündə ailə institutunun zəifləməsi dayanır. Təəssüf ki, cəmiyyətin məsələyə yanaşması da hələlik yetərincə ciddi deyil”.

Üzeyir Şəfiyev son vaxtlar texnologiyanın, xüsusilə süni intellektin ailə münasibətlərinə təsirindən də narahatlığını ifadə edib:

“Bəzi xanımlar süni intellekt əsaslı tətbiqlərə emosional şəkildə bağlanır, bəzən oradan aldıqları cavablarla real münasibətlərinə təsir göstərirlər. Bu, nə qədər absurd səslənsə də, artıq müşahidə olunan hallardandır. Digər mühüm faktor isə həyat tərzi və dəyərlərlə bağlıdır. Boşanma hallarının artmasında qadınların getdikcə daha çox fərdiyyətçi, eqoist və hedonist (zövq yönümlü) həyata meyillənməsi mühüm rol oynayır. Gender bərabərliyi adı altında aparılan bəzi radikal təşviqatlar qadınları kişilərlə qarşı-qarşıya qoyur. Bu isə ailə içində qarşıdurmalara və dağılmalara səbəb olur. Sonda qeyd etməliyəm ki, bu məsələlərə yalnız statistik rəqəmlərlə və ya səthi sosial səbəblərlə yanaşmaq olmaz. Boşanma artıq Azərbaycanda ailə institutunun ciddi şəkildə zəiflədiyinin göstəricisidir və bu, tək-tük səbəblərlə deyil, bütöv bir sistemin sarsılması ilə əlaqəlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri