Icma.az
close
up
RU
Saxta konsepsiyalar belə dağıdılır

Saxta konsepsiyalar belə dağıdılır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı İrəvanı ideoloji bazadan məhrum edib

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yerli elektron mediaya müsahibəsində son vaxtlar bölgədə və dünyada cərəyan edən siyasi prosesləri analitik süzgəcindən keçirərkən, əvvəlcə özünün intensivliyi ilə heyrət doğuran beynəlxalq gündəmə nəzər saldı. Onun aktual mövzulara münasibətinin yer aldığı müsahibəsini qısa ixtisarla oxucuların diqqətinə çatdırırıq.

Müdhiş dağıntılar, hədər itkilər

T.Zülfüqarov əvvəlcə planetin qaynar nöqtələrinə çevrilmiş Rusiya–Ukrayna və Yaxın Şərqlə bağlı hərbi teatr meydanında deyil, diplomatik cəbhədə baş verənlərin fonunda tərəflərdən hər birinin uğur elementlərini toplamaq cəhdlərini önə çəkdi: “Burada kimin haqlı, kimin haqsız olması, demək olar ki, arxa plana keçir. Barışıq prosesində yeni təşəbbüskar kimi çıxış edən ABŞ Prezidenti Donald Tramp tərəflərə qarşılarına qoyduqları məqsədlərə çatmaqdan ötrü zəruri imkan və vasitələrə malik olmadıqları prizmasından çıxış edir. Özünün dediyi kimi, mənasız itkilərin qarşısını almaq lazımdır. Baxmayaraq ki, bu kontekstdə Ukraynanın məqsədinin legitim, Rusiyanın isə beynəlxalq hüquq və normalarla zidd, qeyri-legitim xarakter daşıdığını qeyd etməliyik. Bu gün söhbət danışıqların harada aparılacağından, orada kimlərin iştirak edəcəyindən, kimlərin bu prosesdə tərəf kimi tanınmasından gedir. Belə təsəvvür yaranır ki, sanki hamı atəşkəsdən sonrakı vəziyyətə hazırlaşır. Yəni belə demək mümkünsə, siyasilər bundan sonra ya öz vətəndaşları, ya da elektoratı ilə necə işləyəcəkləri barədə düşünürlər.

Əgər mövzunu ümumiləşdirməyə çalışsaq, deyə bilərik ki, tərəflərdən heç birində qarşıya qoyduqları vəzifələrə heç vaxt çata bilməyəcəkləri həqiqəti ilə barışmaq düşüncəsi yoxdur. Kiyev deyir ki, mən Qərbin dəstəyi ilə ölkənin ərazi bütövlüyünü bərpa edəcəyəm. Aydın olur ki, Ukrayna hüquqi baxımdan heç bir güzəştə getməyəcək, amma “de-fakto” Rusiyanın əlində olsa da, Kiyev öz ərazisinin bir hissəsi kimi görəcək.

Rusiya isə daha da irəli gedərək, hərbi əməliyyatların nəticəsində nəzarətə götürdüyü ərazilərdə mövcudluğunu möhkəmləndirməyə və imkan daxilində, legitimləşdirməyə çalışır. Ziddiyyətlər burulğanı göz qabağındadır. Bu həddi yalnız bir halda aşmaq mümkündür. Hər iki tərəf etiraf edir ki, üzləşdikləri problemi hərbi yolla həll etmək mümkün deyil. Bu reallığı etiraf edəndən sonra liderlər yürütdükləri siyasətin yalnız dağıntıya, itkilərə gətirib çıxardığını imzaları ilə təsdiqləməlidirlər. Konkret atəşkəs rejiminə nail olmaq cəhdlərinə gəldikdə isə – bunu Tramp irəli sürmüşdü – bunlar başqa hərəkətlərlə əvəz olunmağa başlayıb”.

Türkiyə etiraf edilən vasitəçi tərəfdir

Məlum silahlı qarşıdurmada Türkiyənin tərəflər arasında vasitəçisi kimi Ağ ev tərəfindən qəbul edilməsini böyük irəliləyiş kimi dəyərləndirən sabiq nazir bu kontekstdə Azərbaycandan danışmağın vacibliyini vurğuladı: “Çünki Azərbaycan hər iki istiqamətdə irəliyə getmiş münasibətlərə malikdir. Digər tərəfdən, Azərbaycan liderinin Qələbə paradında iştirak etməməsi, bir növ, “bərabər dərəcədə uzaqlaşma” vəziyyətini yaradıb. Bunun özü də mühüm amildir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik imkanları danışıqların hansısa variasiyasında istifadə oluna bilər. Hər şey hadisələrin gedişində asılı olacaq. Açıq demək lazımdır ki, bu gün ən çətin vəziyyətlə üzləşən Moskvadır. ABŞ Prezidentinin iştirak edəcəyi görüşdən imtina etmək ciddi imic itkisi deməkdir. Hər halda Tramp İstanbul görüşündə iştirakını mümkün saymışdı. Əlbəttə, bütün bunlar vəziyyətin doğurduğu ilkin assosiasiyalardır”.

Ardınca Yaxın Şərqdə baş verən hadisələrə toxunan T.Zülfüqarov PKK-nın silahı yerə qoyması və özünü buraxması, İsrail–Fələstin münaqişəsi və bu kontesktdə Donald Trampın fərqli addımlar atması məsələsinə münasibət bildirdi: “ABŞ Prezidentinin arxasında hələlik zəif görünən bir komanda çalışır. Əgər nəsə Trampın xoşuna gəlmirsə, yaxud onun diktəsindən kənara çıxırsa, dərhal bu və ya başqa liderin siyasi gələcəyini şübhə altına salmağa başlayır. Bu hal Zelenski ilə baş verdi və indi də Netanyahu əhvalatında da eyni ştrixləri müşahidə edirik. Çünki Netanyahunun yalnız Trampla problemi yoxdur, daxildə də etirazlarla üzləşir. Müxalif qüvvələr, siyasətçilər, hətta komandasının bəzi üzvləri ona qarşı ciddi ittihamlar irəli sürürlər. Yenə deyirəm, Trampın xoşuna gəlməyən ölkə başçısı siyasi gələcəyini yadından çıxarmalıdır. Bu üsul onu qəbul etməyən siyasiləri daha konstruktiv mövqe tutmağa xidmət edir.

Aydındır ki, Tramp İranla müharibə etmək istəmir. Təbii ki, Netanyahu bütün fəaliyyətinin nəticəsini İrana sonuncu zərbənin vurulmasına gətirib çıxarmağı düşünür. Onun bu istəyi Tramp tərəfindən dəstəklənmir. Çoxçalarlı hadisələrin görünən tərəfləri güman etməyə əsas verir ki, Yaxın Şərqdə Ağ ev üçün iki oyunçu, yaxud iki müttəfiq məqbul sayılacaq. Birincisi, onu eşidəcək İsrail, ikincisi isə bölgədə hərəkətlərini koordinə edə biləcək Türkiyədir. Burada məntiqi alqoritm görürük. Bəli, Türkiyə haradasa son 20 ildə irəliyə doğru böyük sıçrayış edib. Dünyanın iqtisadi “iyirmiliy”inə, ən güclü orduya malik “onluğ”una daxil olub. Türkiyə özünün yeni potensialına uyğun olaraq, beynəlxalq münasibətlər sistemində öz yerini tutması üçün cəsarətli addımlar atır. Trampın Ərdoğana tərəf etdiyi jesti onu ABŞ-ın yeni partnyoru kimi görməsinin təzahürüdür”.

Qafqazda nə baş verir?

Azərbaycanın erməni işğalı dövründə vurduğu zərəri ardıcıl surətdə aradan qaldırdığını deyən sabiq nazir Qarabağın münaqişəyə qədərki vəziyyətə qayıtmağa başladığını deməyi unutmadı: “Amma Ermənistanın işğalçılıq siyasəti onun ideoloji və təbliğati fəaliyyətinin tərkib hissəsi olaraq qalmaqdadır.

Rəsmi Bakı “indi top Ermənistan tərəfdədir” deyəndə söhbət yalnız konstitusiyada dəyişiklik edilməsindən getmir. Bu, ictimai şüura ünvanlanan ismarıcdır. Çünki konstitusiya referendum – ümumxalq səsverməsi yolu ilə dəyişdirilə bilər. Yəni bu məsələ ictimai meydançada yarış xarakteri daşıyacaq. Ermənistan indiki konstitusiyası ilə, birmənalı şəkildə, qəsbkar dövlətdir. Onlardakı milli natamamlıq kompleksi hələ Ararat respublikası xəyalları ilə eyni vaxtda yaranmağa başlayıb. Yüz il bundan əvvəl Türkiyəyə qarşı silah qaldıranda da təsəvvürlərindəki “böyük Ermənistan” nağılını gerçəkliyə çevirməyi düşünürdülər. Son nəticədə nə qazandılar? Hamımız bilirik. Eyni siyasəti Azərbaycana qarşı tətbiq etməyə çalışdılar, bu dəfə də alınmadı. Nəhayət, Paşinyan hansı Ermənistanda yaşadıqları barədə qəti qərara gəlməlidir: mifik, yoxsa real Ermənistanda?

Məsələnin maraqlı tərəfi odur ki, Cənubi Qafqazda bu münaqişəni yaradanlar onun vasitəsilə bundan sonra da bölgəni idarə edə biləcəklərinə əmin idilər. Onlara Azərbaycanın qazandığı uğurlar sərf eləmir. Bu ideoloji bazanın dağılması onlar üçün çox təhlükəlidir. Həmin bazanın ən vacib dağıdıcı instrumenti Bakıda erməniəsilli təqsirləndirilən şəxslər üzərində davam edən mənkəmə – Nürnberq prosesidir. Orada nələr baş verir? Orada ermənilərin bizə qarşı vuruşmada silahlandıqları bütün “konsepsiyalar” uçulub dağılmaqdadır”.

Hazırladı:
İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri