Icma.az
close
up
RU
Boşanmaların təşəbbüskar ı qadındırsa... Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə görür?

Boşanmaların təşəbbüskar ı qadındırsa... Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə görür?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ötən günlərdə Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır. Taliyə İbrahimova bildirib ki, bu vəziyyətlərdə qadınlar xasiyyətlərin uyuşmamasını əsas gətirirlər.

“Boşanmaların təşəbbüskarı” deyəndə bu birmənalı qarşılanmaya bilər. Bəli, həqiqətən elədir, kişilər boşanma üçün çox az halda müraciət edirlər. Çünki ailəsində problem yaşayan kişilər rahatlığı kınarda tapa bildikləri üçün evdə olan “qulluqçu”larından imtina etmək niyyətində olmurlar. Qadınlar isə, kişilər kimi ailəli olduqları halda "rəngarəng" həyat yaşaya bilmədikləri və həyat yoldaşlarından ehtiyacları olan qayğı, istək və sevgini ala bilmədikləri üçün ayrılmağa üstünlük verir və boşanma üçün ilk addımı atırlar.

Bəzən boşanma üçün atılan ilk addım göz qorxutma kimi olsa da, boşanmaya mənəvi hazır olan kişilər bunu dərhal qəbul edə bilirlər. Amma reallıq bir qədər fərqlidir. Məsələn; bir qadın ailə həyatı qurduğu zaman xoşbəxt olmaq, sevilmək, ana olmaq, əvəzedilməz olmaq arzusunda olur. Kişilər isə, çox zaman bu tələblərə cavab verə bilmirlər. Kişi üçün həyat yoldaşının tələbləri, onun üçün böyük istəklər kimi görünür. Əslində qadın öz həyatına sahib olmaq və həyat yoldaşının təkcə ona aid olmasını istəyir. Kişilər isə, yaradılışdan çoxsaylı partnyora sahib olmağa meylləndikləri üçün istəklərini bir qadında deyil, bir neçə qadında axtarmağa çalışır və nəticədə heç bir qadını xoşbəxt edə bilmirlər. Və ailə elə bu nöqtədə dağılır.

Bir neçə dəfə qarşıma çıxıb ki, bəzi “kişi”lər qadınların aliment üçün ayrıldıqlarını dilə gətirirlər. Birinci sual budur ki, indiki vəziyyətdə ölkədə qeyd edilən alimentlə yaşamaq mümkündürmü? Daha sonra o qədər ayrıldıqdan sonra kişidən aliment almadan uşaqlarını təkbaşına saxlayan analar var ki... Təki kişinin üzünü bir də görməsin deyə, o alimentdən imtina edən qadınlar...

Taliyyə İbrahimova deyir ki, səbəblər dərindir. Haqlıdır, şübhəsiz. Çünkü evdə işgəncə görən, döyülən, söyülən, insan yerinə qoyulmayan qadın ailə həyatını niyə davam etdirməldir ki?

Qadın əziyyət çəkmədiyi münasibətdən əsla uzaqlaşmır. Qadın heç sayıldığı münasibətdən uzaqlaşır ki, bu zaman da qadını haqlı çıxarmaq lazımdır. Kişilərin fikri isə, sovet dövrünə gedib: "qadına hər etdiyin əzab-əziyyətə, yoxluğa, çətinliyə dözməlidir". Əks halda, ona "əxlaqsız" damğası vurub, kənara atırlar, heç vaxt ehtiyac olmamış əşya kimi..

Fikrimcə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin siyasətində bir dəyişiklik aparılmalıdır. Komitəyə gənc kadrlar, bu günlə düşünən və müasir fikirli, problemlərin həllinə diqqət edən, büdcəsini mənasız tədbirlərə sərf etməyən kadrlara üstünlük verilməldir.

İndi sual edək: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işi nədir? Baş verən hadisələrə hadisə baş verəndən sonra rəy bildirən və işlərinin icrası sadəcə kağız üzərində olan bir qurum kimə lazımdır ki?

Nə isə... Taliyə İbrahimova reallığı deyib. Bəs bu reallığın kökündə nə durur? Təəssüf ki, şöbə müdiri bununla bağlı fikir bildirməyib.

Qadın nə etməlidir? Sevilmirsə, istənilmirsə...

Bir neçə gün əvvəl sosial şəbəkədə bir status qarşıma çıxdı. Qadın həyat yoldaşının 8 mart günü ona hədiyyə almadığını yazırdı: “Məni təbrik etmədi, amma telefonla "Aşkım, hədiyyələrini bəyəndinmi?" dediyini eşitdim”... İndi siz deyin, bu vəziyyətlə qarşılaşan qadın nə etməlidir? Kişini qucaqlayıb, öpüb “yaxşı edirsən” deməlidir, yoxsa boşanma üçün addım atmalıdır?

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Mart 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri