Icma.az
close
up
RU
Boşanmaya görə də cərimə gəlir: Ailələri saxlamağın pullu yolu

Boşanmaya görə də cərimə gəlir: Ailələri saxlamağın pullu yolu

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya boşanmalar üçün sərt cərimələr tətbiq etmək istəyir. 

Belə ki, 100 mindən bir milyon rubla qədər cərimə tətbiqi təklif olunur. 

“Cebheinfo.az” bu barədə “Кремлевская табакерка””Telegram” kanalına istinadən yazır.Deputat Vitali Milonov boşanma üçün dövlət rüsumunu 100 min rubla qədər artırmağı təklif edir. 

Ümumilikdə isə 2025-ci ildə Rusiyada boşanmaların qadağan edilməsi prosesinin başlanacağına dair xəbərlər yayılmışdı. İndi isə məlum olur ki, bu, boşanma haqqının artması ilə başlayır. Eyni zamanda, ödənişlərin (əslində boşanma üçün cərimələr) 50 ilə 105 min rubl arasında olmasına dair planlar var."Həqiqətən, biz boşanmaların qadağan edilməsi məsələsinə gəldik. 

Vladimir Vladimiroviç Putin doğum səviyyəsini artırmaq vəzifəsini qoydu, lakin bu tapşırığın yerinə yetirilməsi hələ sual altındadır. Ona görə də biz ciddi tədbirlər görməyə məcburuq. Xüsusilə, mümkün qədər çox ailəni saxlamaq üçün boşanmalara görə cərimələrin tətbiq edilməsi gündəmdədir", - Kremldəki demoqrafik vəziyyətə cavabdeh olan mənbə bildirib.

Onun fikrincə, Milonovun açıqlaması “yoxlanış daşıdır”: "Bu il üçün planlar boşanmaların sayını əhəmiyyətli dərəcədə azaltmaqdır. Baxaq görək xalq dövlət rüsumu ilə bağlı təklifə necə reaksiya verəcək. Məncə, yaxşıdır. Bundan sonra boşanmaya görə differensiallaşdırılmış cərimə sistemi tətbiq olunacaq".

Hələlik ilk boşanma üçün 100 min ödənənilməsi planlaşdırılır ki, bu da artıq açıqlanıb. Gələcəkdə bu məbləğ 320 minə qədər artırıla bilər. Rusiyalılar ikinci boşanma üçün ən azı 500 min, üçüncü və daha çox boşanma üçün  1 milyon rubl ödəməli olacaqlar.Rüsum adı altında cərimələr sistemi hələ də inkişaf etdirilir. 

Məsələn, arvad birinci, ər isə üçüncü dəfə boşanırsa, onlarla nə ediləcəyi hələ aydın deyil. Çox güman ki, daha yüksək rəqəmə əsasən rüsum tutulacaq. Yəni bu halda boşanma üçün bir milyon ödəməli olacaqlar."Məbləğlər əhəmiyyətlidir, ona görə də ümid edirik ki, boşanmaların sayı kəskin şəkildə azalacaq. Bu il deyilsə, gələn il", - doğum səviyyəsinin artırılması ilə mübarizədə iştirak edən hökumətdəki mənbə  qeyd edib.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri