Bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs həbs olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 avqust, AZƏRTAC
İsmayıllı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
16 İyun 2025 12:55
Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
08 İyul 2025 11:01
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu VİDEO
21 İyun 2025 10:52
Tunellərdə çətənə yetişdirən şəxs ələ keçib
15 Avqust 2025 14:23
İsmayıllıda bostan içində çətənə becərdi TUTULDU
15 Avqust 2025 14:09

