Icma.az
close
up
RU
“Botafoqo” evdə büdrədi, “Palmeyras” fərqi azaltdı

“Botafoqo” evdə büdrədi, “Palmeyras” fərqi azaltdı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliya çempionatında 33-cü tur “Botafoqo” üçün düşərli alınmadı. Lider iki xal itirdi, əsas izləyiciləri isə qalib gəldilər. Nəticədə “Botafoqo” ilə “Palmeyras” arasındakı xal fərqi 4-ə düşdü.

Əslində lider üçün “Kuyaba” ilə ev oyununun asan keçəcəyini düşünmək olardı. Ona görə ki, qonaq komanda tura A seriyasının ən zəif ikinci iştirakçısı kimi başlamışdı. Lakin 2-ci divizona düşmək istəməyən kuyabalılar güclü rəqibinin hücumları qarşısında sona qədər tab gətirə bildilər. Yeri gələndə kobud oynayan qonaqlar sonda bir xal qazanmağı bacardılar. Evdə sürpriz 2 xal itkisi Artur Jorjenin komandasının mövqeyinə təsir etmədi.
Amma bu da var ki, “Botafoqo” indi əsas izləyicisini 6 xal qabaqlamır. Ona görə ki, “Palmeyras” turu itkisiz başa vurdu. Braziliyanın son çempionunun “Qremio” ilə ev oyununun nəticəsini bir qol müəyyənləşdirdi. Həmin qolu 73-cü dəqiqədə Estevao vurdu. 17 yaşlı hücumçu bu mövsüm qapıya 12-ci dəfə yol tapmaqla bombardirlərin yarışında liderliyi ələ aldı. Liderin büdrəməsindən maksimum yararlanan “Palmeyras” çempionluq yarışında bir qədər ümidləndi. Abel Ferreyranın çalışdırdığı komanda indi liderdən 4 xal geri qalır.
Əvvəlki turda üçoyunluq qələbəsizliyə son qoyan “Fortaleza” ardıcıl ikinci oyunda maksimum nəticəyə nail oldu. Xuan Voyvodanın komandası bu dəfə “Vasku da Qama”nın qapısından üç cavabsız top keçirdi. Fortalezalılar inamlı qələbə ilə çempionluğa iddiasını davam etdirdilər. Onlar finişə 5 tur qalmış “Botafoqo” ilə xal fərqini 7-dən 5-ə endirdilər.
“Flamenqo” isə öz meydanında “Atletiko Mineyro”dan yalnız bir xal ala bildi. Halbuki 37 yaşlı məşhur müdafiəçi David Luis ilk hissədə penaltini qola çevirsəydi, rio de janeyroluların çempionluq ümidləri davam edəcəkdi. Lakin qolsuz “sülh” ölkə nəhəngi ilə lider arasındakı 9 xallıq fərqi qorudu. Bu isə oktyabrda istefaya göndərilən Titenin səlahiyyətlərini müvəqqəti icra edən 39 yaşlı Filipe Luisin çalışdırdığı “Flamenqo”nun çempionluq imkanlarının bir qədər də azaldığına işarədi.
33-cü tur
Botafoqo RJ - Kuyaba 0:0
Palmeyras - Qremio 1:0
Estevao, 73.
Fortaleza - Vasku da Qama 3:0
E.Martines, 13. Breno Lopes, 78. Renato Kayzer, 90+2.
Flamenqo - Atletiko Mineyro 0:0
İnternasyonal - Fluminense 2:0
Borre, 52. Bruno Enrike, 90+5.
San Paulu - Atletiko Paranaense 2:1
Lusiano, 52. Andre Silva, 89 – Julimar, 69.
Vitoriya - Korintians 1:2
Alerrandro, 9 - Yuri Alberto, 24. Depay, 69.
Kruzeyro - Krisiuma 2:1
Kayo Jorqe, 9. Qabriel Veron, 70 – Allano, 82.
Atletiko Qoyaniense – Braqantino 0:0
Juventude - Bayya 2:1
Lukas Barboza, 70. Qabriel Talyari, 79 – Kauli, 2.
19-cu turdan təxirə salınan oyun
Atletiko Paranaense - Atletiko Mineyro 1:0
Koelyo, 28.
1. Botafoqo RJ 33 20 8 5 52-26 68
2. Palmeyras 33 19 7 7 54-27 64
3. Fortaleza 33 18 9 6 47-32 63
4. Flamenqo 33 17 8 8 51-37 59
5. İnternasyonal 33 16 11 6 46-28 59
6. San Paulu 33 17 6 10 47-34 57
7. Kruzeyro 33 13 8 12 38-35 47
8. Bayya 33 13 7 13 43-42 46
9. Vasku da Qama 33 12 7 14 36-49 43
10. Atletiko Mineyro 33 10 12 11 42-47 42
11. Korintians 33 10 11 12 39-41 41
12. Qremio 33 11 6 16 38-42 39
13. Vitoriya 33 11 5 17 38-48 38
14. Atletiko Paranaense 33 10 7 16 35-41 37
15. Fluminense 33 10 7 16 28-36 37
16. Krisiuma 33 9 10 14 39-48 37
17. Juventude 33 9 10 14 40-52 37
18. Braqantino 33 8 12 13 34-40 36
19. Kuyaba 33 6 11 16 25-41 29
20. Atletiko Qoyaniense 33 6 8 19 24-50 26
Bombardirlər: Estevao (Palmeyras) - 12, Pedro (Flamenqo) – 11.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see270

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see251

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see237

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see230

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see229

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see213

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see212

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see211

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see207

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see205

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see200

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see199

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see195

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see192

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see189

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see182

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see176

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see171

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see170

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri