Icma.az
close
up
RU
“Botafoqo” daha iki dəfə büdrədi, “Palmeyras” liderliyə şərik oldu

“Botafoqo” daha iki dəfə büdrədi, “Palmeyras” liderliyə şərik oldu

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya çempionatında keçirilən 34-cü və 35-ci turlardan sonra çempionluq uğrunda mübarizə bir qədər də qızışdı. Buna lider “Botafoqo”nun hər iki matçda xal itirməsi, “Palmeyras”ın isə maksimum nəticə göstərməsi şərait yaratdı. Nəticədə A seriyasında mövsümün sonuna 3 tur qalmış şərikli liderlik formalaşdı.

Bir neçə tur əvvəl liderlik mövqeyində çox rahat görünən “Botafoqo” finiş ərəfəsində, necə deyərlər, xalları sağa-sola xərcləyir. Zarafat deyil, Artur Jorjenin komandası ardıcıl üç matçı heç-heçə ilə başa vurdu. 34-cü turun “Atletiko Mineyro” ilə səfər oyununda qolsuz “sülh”ü “Botafoqo” üçün qənaətbəxş nəticə hesab etmək olar. Lakin evdə “Vitoriya”ya məğlubiyyətdən son dəqiqələrdə xilas olması çempionluğu hədəfləyən rio de janeyroluların iddiasına bir qədər “kölgə saldı”. Doğrudu, son nəticələr Jorjenin komandasının 1-ci pillədəki mövqeyinə təsir etmədi.
Amma bu da var ki, “Botafoqo” indi əsas izləyicisini xal hesabına yox, yalnız topların daha yaxşı fərqinə əsasən qabaqlayır. Ona görə ki, “Palmeyras” son iki turu itkisiz başa vurdu. Braziliyanın son çempionu səfərdə “Bayya”nı 2:1, “Atletiko Qoyaniense”ni 1:0 hesablı qələbə ilə məğlub etdi. Bu oyunlarda qapıya iki dəfə yol tapan Rafael Veyqa qollarının sayını 11-ə çatdırmaqla bombardirlərin siyahısında 2-ci yerə şərik oldu. Abel Ferreyranın çalışdırdığı komanda ardıcıl 3 qələbə ilə lider ilə xallarını bərabərləşdirdi.
Riyazi cəhətdən çempionluq şansını saxlayan “Fortaleza” iki oyunda hesabına yalnız 2 xal yaza bildi. Səfərdə “Fluminense” (2:2), evdə “Flamenqo” ilə heç-heçə (0:0) Xuan Voyvodanın komandasını liderlərdən 5 xal geri saldı. Finiş ərəfəsində azarkeşlərini bir qədər ümidləndirən “Flamenqo” isə “Kuyaba” üzərində qələbə (2:1) ilə xalını 63-ə çatdırdı. Amma Filipe Luisin çalışdırdığı komandanın çempionluq imkanlarının bir qədər də azaldığını qeyd etməliyik. “Fortaleza” və “Flamenqo”nun xal itkilərindən maksimum yararlanan “İnternasyonal” topların daha yaxşı fərqinə əsasən 3-cü yerə yüksəldi.
Sona üç tur qalmış A seriyasının ilk uğursuzu müəyyənləşdi. “Atletiko Qoyaniense” növbəti mövsümə B seriyasında başlayacaq.
34-cü tur
Atletiko Mineyro - Botafoqo RJ 0:0
Bayya – Palmeyras 1:2
L.Rodriges, 22 – Rafael Veyqa, 41. X.Lopes, 89.
Fluminense - Fortaleza 2:2
Lima, 11. Kano, 85 – Moyses, 19. Marinyo, 43.
Kuyaba - Flamenqo 1:2
Derik Laserda, 59 – Gilyerme, 62. Mateus Qonçalves, 90+3.
Vasku da Qama - İnternasyonal 0:1
Uesli, 65.
Braqantino - San Paulu 1:1
Eduardo Saşa, 15 – Lukas Moura, 25.
Korintians - Kruzeyro 2:1
Depay, 11. Yuri Alberto, 16 – Kalki, 34.
Atletiko Paranaense - Atletiko Qoyaniense 2:0
Koelyo, 45+5. Nikao, 66.
Krisiuma - Vitoriya 0:1
Janderson, 68.
Qremio - Juventude 2:2
Breytveyt, 3. Joao Lukas, 90+4-öz qapısına – Mandaka, 45+6. Lukas Barboza, 52.
35-ci tur
Botafoqo RJ - Vitoriya 1:1
Vaqner Leonardo, 87-öz qapısına - Alerrandro, 20.
Atletiko Qoyaniense - Palmeyras 0:1
Rafael Veyqa, 20.
Fortaleza – Flamenqo 0:0
İnternasyonal – Braqantino 4:1
Alan Patrik, 5-p. Borre, 28. Uesli, 86. Vanderson, 88 – Juninyo Kapişaba, 20.
San Paulu - Atletiko Mineyro 2:2
Vera, 24-öz qapısına. Andre Silva, 45+1 – Paulinyo, 1; 18.
Juventude - Kuyaba 1:1
Nene, 90+5 – Mateus Aleşandre, 75.
Korintians - Vasku da Qama 3:1
Qustavo Enrike, 11. Qarro, 15; 24 – X.Rodriges, 76.
Bayya - Atletiko Paranaense 1:1
Byel, 90+3 – Nikao, 62.
Fluminense – Krisiuma 0:0
Kruzeyro - Qremio 1:1
Mateus Pereyra, 42 – Breytveyt, 19.
1. Palmeyras 35 21 7 7 57-28 70
2. Botafoqo RJ 35 20 10 5 53-27 70
3. İnternasyonal 35 18 11 6 51-29 65
4. Fortaleza 35 18 11 6 49-34 65
5. Flamenqo 35 18 9 8 53-38 63
6. San Paulu 35 17 8 10 50-37 59
7. Kruzeyro 35 13 9 13 40-38 48
8. Bayya 35 13 8 14 45-45 47
9. Korintians 35 12 11 12 44-43 47
10. Atletiko Mineyro 35 10 14 11 44-49 44
11. Vasku da Qama 35 12 7 16 37-53 43
12. Vitoriya 35 12 6 17 40-49 42
13. Atletiko Paranaense 35 11 8 16 38-42 41
14. Qremio 35 11 8 16 41-45 41
15. Juventude 35 9 12 14 43-55 39
16. Fluminense 35 10 9 16 30-38 39
17. Krisiuma 35 9 11 15 39-49 38
18. Braqantino 35 8 13 14 36-45 37
19. Kuyaba 35 6 12 17 27-44 30
20. Atletiko Qoyaniense 35 6 8 21 24-53 26
Bombardirlər: Estevao (Palmeyras) - 12, Pedro (Flamenqo), Alerrandro (Vitoriya), Rafael Veyqa (Palmeyras), Yuri Alberto (Korintians) – 11, Lusiano (San Paulu), Halk (Atletiko Mineyro), X.Lopes (Palmeyras), Lukas Moura (San Paulu), Uesli (İnternasyonal) - 10.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri